xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Azərbaycanda kredit faizləri artacaq, manat isə... - AÇIQLAMA

28-11-2023, 13:51 36 dəfə baxılıb

Azərbaycanda kredit faizləri artacaq, manat isə... - AÇIQLAMA


Mərkəzi Bankın İdarə Heyətinin 1 noyabr 2023-cü il tarixli 53/1 nömrəli qərarı ilə “Məcburi ehtiyatların norması, hesablanması və saxlanması Qaydası”nda dəyişikliklər edilib və bəzi ehtiyat normalarlı artırılıb.

Banklar tərəfindən yeni normalar cari ilin dekabrın 15-dən etibarən tətbiq olunmalıdır.

İqtisadçı ekspert Xalid Kərimli ehtiyat normalarına tətbiq olunan dəyişikliklərin yerli iqtisadiyyata təsirlərini “Ölkə.Az”a şərh edib. O bildirib ki, sözügedən diferensiallaşma hüquqi şəxslərin depozitləri və banka aidiyyəti olan şəxslərin depozitlərinin payı ilə bağlıdır: “Azərbaycanda fəaliyyət göstərən bir neçə bankın tənzimləmənin təsir dairəsinə düşmə ehtimalı var”.

Məcburi ehtiyat normasının diferensiallaşdırılmasına gəlincə, ekspert deyir ki, banklar bu depozitləri cəlb edən zaman hamısını bazarlarda yerləşdirə bilmirlər və bu zaman məcburi ehtiyat norması Mərkəzi Bankdakı cari hesabda saxlanılmalıdır.

X.Kərimli normanın artırılmasının inflyasiyanı azaldacağını, manatın dəyəri və kredit faizlərini isə artıracağını deyib:

“Ehtiyat normasının artırılması inflyasiyanı aşağı endirən amildir. Çünki bu, dövriyyədə pul kütləsinin azalmasına istiqamətlənir. Gələn il ölkəmizdə inflyasiya dərəcəsi Mərkəzi Bankın tənzimləmə tədbirləri və qlobal inflyasiyanın aşağı düşməsi səbəbindən 6%-dən aşağı olacaq.

Normanın artırılması milli valyutanın dəyərinə isə artırıcı təsir göstərir. Lakin Azərbaycan manatı sabit məzənnə rejimində olduğu üçün onun dəyərinə hər hansı təsir gözlənilmir.

Ehtiyat normalarının artırılması kredit faizlərini isə artırır. Kredit faizlərinin tədricən artması gözlənilir ki, bu proses də artıq başlayıb”, - deyə ekspert əlavə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi