xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Prezident Qaradağda açılışda - Fotolar 
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 

Rayonlarda fantastik qiymətə satılan evlər - VİDEO

15-03-2023, 09:54 81 dəfə baxılıb

Rayonlarda fantastik qiymətə satılan evlər - VİDEO


Son zamanlar elan saytlarında çox yüksək qiymətə təklif edilən ev satışı elanlarına rast gəlirik. Belə fantastik məbləğlər daha çox rayonlarda satılan evlərlə bağlı olur. Biz də belə elanlardan bir neçəsinin izi ilə yolumuzu 200, 300 minə evlərin təklif edildiyi Göyçay rayondan saldıq.

Sakinlər bildirirlər ki, Göyçayda evlərin qiymətində əvvəlki aylara nisbətən kəskin bahalaşma müşahidə olunur. Onların sözlərinə görə mərkəz hissədə olan torpaqlar və evlərin qiyməti Bakı ilə eynilik təşkil edir. Elə yerlər var ki, orada torpağın sotu 10 min manata satılır.

Maklerlər isə bahalaşmanı son zamanlar Rusiya-Ukrayna savaşı ilə əlaqədar xarici vətəndaşların gəlib rayonda ev almaları ilə əlaqələndirirlər. Maklerlər bildirir ki, bu axın bazara elə təsir edib ki, hətta bir milyona təklif olunan ev də var.
Amma fantastik qiymətlərlə bərabər uyğun qiymətə və bir az da ucuz evlər də almaq mümkündür. Belə evlərin əksəriyyətinin isə ya sənədləri düz deyil, ya da təmirsizdir və ya mərkəzdən uzaqda yerləşir.

Göyçayda 1 ha meyvə bağının qiyməti 80.000 manatdan 100.000 manat arasında dəyiş. Qiymətlərin həm bağların şəhər mərkəzinə yaxınlığı həmdə içərisində olan meyvə ağaclarına görə deyişdiyi bildirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi