xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:06 – İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak etdi 
  • 11:25 – Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 
  • 20:59 – “Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq” 
  • 18:17 – İlham Əliyevlə xanımı Zəngilanda sakinlərlə görüşdü - Video-Yenilənib 

“Samsung” Çində mobil telefon istehsalını dayandırdı

4-10-2019, 10:26 67 dəfə baxılıb

“Samsung” Çində mobil telefon istehsalını dayandırdı

Cənubi Koreyanın "Samsung Electronics" şirkəti yerli istehsalçıların rəqabətindən yaranan zərər səbəbi ilə dünyanın ikinci ən böyük mobil smartfon bazarı olan Çində mobil telefon istehsalına son qoyub.
Azərtac xəbər verir ki, Huycou şəhərindəki "Samsung"un Çindəki sonuncu mobil telefon zavodu fəaliyyətini tam dayandırıb.

Ötən ilin sonunda isə şirkətin Çindəki daha bir zavodu bağlanmışdı.

Cənubi Koreyanın texnologiya nəhənginin bu addımı digər şirkətlərin Çində işçi qüvvəsinin bahalaşması və ölkənin iqtisadi inkişafının zəifləməsi səbəbindən istehsalı başqa ölkələr köçürmələri ilə paralel baş verir.
Xatırladaq ki, Yaponiyanın "Sony" şirkəti də bir müddət əvvəl Çindəki zavodunu bağlayaraq istehsalı Tailanda köçürmək barədə düşündüyünü bildirmişdi.

"Samsung" şirkətinin Çinin mobil telefon bazarındakı payı 2013-cü ildəki 15 faizdən hazırda təxminən 1 faizə düşüb. "Counterpoint" bazar araşdırmaları təşkilatının rəyinə əsasən, buna səbəb Çinin "Huawei" və "Xiaomi" kimi şirkətlərinin bazarda "Samsung"u sıxışdırmasıdır.

Cənubi Koreya şirkəti 1992-ci ildən Huycouda fəaliyyət göstərən zavodunun istehsal gücü barədə məlumat verməyib. Amma Cənubi Koreya mətbuatı 6 min nəfərin çalışdığı zavodda 2017-ci ildə 63 milyon mobil telefon istehsal olunduğunu yazıb. Həmin il "Samsung"un dünya üzrə mobil telefon istehsalı 394 milyon ədəd olmuşdu. Şirkət son illər işçi qüvvəsinin daha ucuz olduğu ölkələrdə, məsələn Hindistan və Vyetnamda istehsalı genişləndirir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
 Valyuta məzənnəsi