xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 23:32 – İlham Əliyev Naxçıvanda AzTV-yə müsahibə verdi - Fotolar 
  • 23:26 – Əcəmi Naxçıvaninin abidəsinin açılışı oldu - Fotolar 
  • 23:23 – Prezident Döyüş bayraqlarının verilməsi mərasimində - Video-Fotolar 
  • 20:46 – İlham Əliyev xanımı ilə DOST Mərkəzinin açılışında 

“Tvente” 9 qol vurub Bakıya qisas üçün gəlir - “Qarabağ”ı amansız hücum xətti gözləyir

Bugün, 13:47 0 dəfə baxılıb

“Tvente” 9 qol vurub Bakıya qisas üçün gəlir - “Qarabağ”ı amansız hücum xətti gözləyir


Avropada sözünü deməyə adət etmiş “Qarabağ” daha bir möhtəşəm gecəyə imza atdı. Ağdamın “atlıları” bu dəfə Kiyev “Dinamo”su qarşısında əsl xarakter nümayiş etdirərək ilk oyundakı 0:1 hesablı məğlubiyyəti Bakıda 2:0-lıq qələbə ilə silib atdı və UEFA Konfrans Liqasının pley-off mərhələsinə vəsiqəni rəsmiləşdirdi.

Əfsanəvi baş məşqçimiz Qurban Qurbanovun komandası yenə Avropa səhnəsində ən çətin məqamlarda necə oynamaq lazım olduğunu göstərdi. “Qarabağ” həm nəticə baxımından geri dönüş etdi, həm də növbəti mərhələ üçün Azərbaycan futbolunun qarşısında yeni bir ümid qapısı açdı. İndi qarşıda daha ciddi, daha böyük və daha məsuliyyətli sınaq var, Niderlandın “Tvente”sini keçmək...

Niderland təmsilçisi III təsnifat mərhələsində DAK 1904-ü ümumi 9:3 hesabı ilə üstələyərək pley-offa yüksəlib. Bu da holland klubunun qol vurmaq bacarığı və daha çox qolla rəqibi üstələmək hədəfinin olduğunu göstərir.

Maraqlıdır ki, “Qarabağ”ın “Tvente” ilə Avropa arenasında hesabı da var. Belə ki, Ağdam klubu 2014/15 mövsümündə bu rəqibi Avropa kuboklarından kənarlaşdırmışdı və tarixində ilk dəfə avrokubokların qruplarına düşmüşdü. O zamandan indiyə qədər “Köhlən atlar”ı hər il avrokubokların qruplarında görmüşük. İndi isə son 12 ildə “Tvente” ilə başlayan tarixi uğur onunla ya davam edə bilər, ya da bitər...

Deməli, qarşıdakı dueldə yalnız pley-off vəsiqəsi deyil, həm də tarixi rəqabətin yeni səhifəsi yazılacaq.

Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları avqustun 20-də, cavab qarşılaşmaları isə avqustun 27-də keçiriləcək.

“Qarabağ” bu dəfə də Avropanın əsas səhnəsinə gedən yolda növbəti maneəni aşa biləcəkmi? “Tvente” kimi ciddi rəqib qarşısında Qurban Qurbanovun yetirmələrinin hansı üstünlükləri həlledici ola bilər?

Futbol mütəxəssisi Kənan Məstəliyev “Qarabağ”ın “Dinamo” ilə oyununu Musavat.com-a şərh edərkən komandanın qələbəyə layiq olduğunu qeyd edib:

“Ağdam klubunun yeni heyətlə tam uyğunlaşması hələ başa çatmayıb. Ağır qələbə oldu. Komandanın yenilənməsi çox ağır gedir, daşlar hələ yerinə oturmayıb. Xüsusən orta xətdə anlaşma çətinlikləri var idi. Bəzi məqamlarda hətta oyunçularımız bir-birlərinə mane olurdular. Başqa səhvlər də oldu”.

K.Məstəliyevin sözlərinə görə, “Qarabağ”ın oyun fəlsəfəsini daha sürətli və çevik şəkildə qurmaq cəhdi müdafiədə müəyyən problemlərə səbəb olub:

“Oyunu oturtmaq, daha sürətli və çevik oynamaq, pasla çıxmaq istəyimiz müdafiədə də boşluqlara, rəqibin qol epizodlarına gətirib çıxartdı. Ardıcıl ağır matçların yorğunluğunun da təsiri az deyildi”.

Ekspert bütün çatışmazlıqlara baxmayaraq, “Qarabağ”ın “Dinamo”dan daha üstün komanda olduğunu və mərhələni keçməyə layiq tərəfin məhz Ağdam klubu olduğunu vurğulayıb:

“Ancaq bir şey dəqiqdir ki, biz bu rəqibdən daha yaxşı komanda idik, turu keçməyə layiq olan da. Əsas odur ki, qələbə qazandıq. Bu gün bu cür matçlarda vacib olan budur”.

Müsahibimiz sonda “Tvente” oyunu barədə də danışıb:

“Rəqib çox ciddidir. Niderlandın köklü klublarındandır, böyük təcrübəyə malikdirlər, heyətlərində də ulduz futbolçular var. Xüsusilə hücumda çox təhlükəlidirlər. “Dinamo” ilə matçdakı kimi müdafiədə boşluqlar versək, bizi bağışlamayacaqlar, hər iki matçda məğlub edəcəklər. Ona görə daha diqqətli, daha intizamlı olmalıyıq. Düşünürəm ki, keçməyə şansımız var. “Qarabağ” ənənəvi futbolunu oynamalı, topu rəqibə maksimum az verməyə çalışmalıdır. Bu alınsa, qələbəyə ümid etmək olar”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ağustos 2026    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
 Valyuta məzənnəsi