xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 19:34 – İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır 
  • 13:46 – Prezident Hakan Fidanı qəbul etdi - Foto 
  • 12:47 – Prezident Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul etdi - Fotolar 
  • 12:27 – Azərbaycan İnvestisiya Holdinqi və L’İMAD strateji əməkdaşlıq sazişi imzaladı - Fotolar 

Azərbaycanda gənc oğlan maska taxıb qadınların yaşadığı evlərə basqın etdi - FOTO

14-05-2019, 17:47 84 dəfə baxılıb

Azərbaycanda gənc oğlan maska taxıb qadınların yaşadığı evlərə basqın etdi - FOTO


Abşeron rayonunda quldurluqla məşğul olan və bu ilin yanvarında həbs edilən 22 yaşlı Bayramov Həsən Seymur oğlu barəsindəki cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

BEş.az məlumatına görə, Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 181.2.5-ci, yəni silah və silah qismindəki əşyanı tətbiq etməklə quldurluq əməli törətmə maddəsi ilə açılan işin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Əhməd Quliyevin sədrliyi ilə baxılacaq.

İstintaq zamanı məlum olub ki, 22 yaşlı Həsənin bıçaq götürüb və maska taxaraq basqın etdiyi evlərdən 3-ü qadınlara məxsus olub. O, ümumilikdə əvvəlcədən seçdiyi 4 mənzilə basqın edib.

Həmin mənzillərin hamısı Hökməli qəsəbəsində yerləşib. Araşdırma zamanı məlum olub ki, o özü də Hökməli qəsəbəsində yaşayır. Başına maska taxaraq mənzillərə daxil olan Həsən Bayramov bıçaq və digər soyuq silahla vətəndaşlardan pul, qızıl tələb edib.

Maraqlısı budur ki, saxlanılan şəxs oğurluq məqsədi ilə, öz kəndində, bir müddət öncə girdiyi evə yenidən soxulmağa cəhd edib. Həsən Bayramov bütün bunları qəbul etdiyi içki və narkotik madənin təsiri nəticəsində törətdiyini bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi