xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:28 – Fəxri Kazımov işdən çıxarıldı - YENİ TƏYİNAT - FOTO 
  • 11:42 – Prezident qəbul keçirdi - Fotolar 
  • 14:18 – “İlham Əliyev müasir, ziyalı insandır” - Putin 

Azərbaycanda fəhlə ölümcül xəsarət aldı

6-05-2019, 12:05 90 dəfə baxılıb

Azərbaycanda fəhlə ölümcül xəsarət aldı


Mingəçevirdə tələbə şəhərciyində müvəqqəti məskunlaşan əslən Laçın rayonundan olan fəhlə ölümcül xəsarət alıb.

beş.az ona-a istinadən xəbər verir ki, hadisə gecə saatlarında, Gəncə şosesində yerləşən tələbə şəhərciyində baş verib.

Xəsarət alan Mingəçevirdə işləməyə gələn Ruslan Qəhrəmanovdur.

Əldə edilən ilkin məlumata əsasən, gecə Ruslan Qəhrəmanov maşından tələsik düşərək qaçmağa başlayıb. Bu zaman dəmir sütuna çırpılan fəhlə baş, göz və boyun nahiyəsindən ölümcül xəsarət alıb.

Yaralı dərhal xəstəxanaya çatdırılaraq əməliyyat olunub.

Durumu ağır qiymətləndirilir.

Hadisənin tam olaraq necə və hansı zəmində baş verdiyi məlum deyil.

Qeyd edək ki, əslən Laçın rayonundan olan Ruslan Qəhrəmanov Ağdamda yaşayır. Mingəçevirə isə işləmək üçün gəlib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi