xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:03 – Niderland vətəndaşlarının İrandan təxliyyəsinə görə Prezidentə təşəkkür etdi - Fotolar 
  • 12:34 – İlham Əliyev: Ermənistanın Azərbaycana zərər vuran prezidentləri indiyədək cəzalarını almayıblar 
  • 12:16 – AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - Fotolar - Yenilənir 
  • 11:43 – Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi 

DYP Bakıda qadının öldüyü qəzanın videosunu yaydı - Anbaan görüntülər

4-09-2026, 12:11 5 dəfə baxılıb

DYP Bakıda qadının öldüyü qəzanın videosunu yaydı - Anbaan görüntülər


“Sentyabrın 3-ü Xəzər rayonunun Şağan qəsəbəsi ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsi yollarda təhlükəsizliyin bir an belə diqqətdən kənarda saxlanılmamasının vacibliyini bir daha göstərir”.

“Bu sözləri DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev hərəkət iştirakçılarına müraciətində deyib.

O bildirib ki, çoxzolaqlı yol sadəcə keçilməli olan geniş bir məsafə deyil. Onun hər zolağı ayrıca təhlükə mənbəyidir: “Bir zolaqdakı sürücü piyadanı görsə də, digər zolaqda hərəkət edən sürücü onu vaxtında görməyə bilər. Avtomobillərin arasından qəfil yola çıxmaq, yolun ortasında dayanmaq, geri qayıtmaq və ya qaçmaq qəza riskini daha da artırır.

İntensiv hərəkətin olduğu yollarda məsafəni gözlə hesablamaq aldadıcıdır. Uzaqda görünən avtomobil qısa müddətdə piyadanın olduğu nöqtəyə çata bilər. Piyada isə hərəkət hissəsində olarkən bütün zolaqlardakı sürəti və məsafəni eyni anda düzgün qiymətləndirə bilməz.

Yolu qaçaraq keçmək təhlükəli sahədə qalma müddətini azaltmır əksinə, vəziyyətə nəzarəti zəiflədir. Bir neçə saniyə tez qarşı tərəfə çatmaq istəyi insanı bir neçə fərqli risklə eyni anda üz-üzə qoyur.

Əziz piyadalar, bir neçə dəqiqəyə qənaət etmək üçün həyatınızı riskə atmayın. Yolun digər tərəfinə ən qısa yolla deyil, ən təhlükəsiz yolla keçin. Yaxınlıqda piyada keçidi və ya yerüstü keçid varsa, ondan istifadə etmək seçim deyil, həyatınızı qoruyan zərurətdir.Yolunuzu qısaltmağa deyil, mənzil başına sağ-salamat çatmağa çalışın”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi