xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:28 – Fəxri Kazımov işdən çıxarıldı - YENİ TƏYİNAT - FOTO 
  • 11:42 – Prezident qəbul keçirdi - Fotolar 
  • 14:18 – “İlham Əliyev müasir, ziyalı insandır” - Putin 

Azərbaycan–İran sərhədində silahlı atışma oldu

27-02-2026, 12:58 12 dəfə baxılıb

Azərbaycan–İran sərhədində silahlı atışma oldu


Fevral ayının 20-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycan Respublikası istiqamətinə dörd naməlum şəxs tərəfindən dövlət sərhədinin pozulmasına cəhd göstərilməsi müşahidə edilib.

Bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Bildirilib ki, sərhəd zastavası dərhal "Silaha" komandası üzrə qaldırılmış, dövlət sərhədinin pozulmasının qarşısının alınması istiqamətində zəruri tədbirlər görülüb.

Sərhəd naryadı tərəfindən "Dayan" əmri verilərək sərhəd pozucuları təqib edilmiş, havaya xəbərdarlıq atəşi açılıb. Lakin əmrə tabe olmayan sərhəd pozucuları silahlı müqavimət göstərərək sərhədçilərin həyatına qəsd etmək məqsədilə atəş açıb, üzərilərindəki bağlamaları atmış havanın qaranlıq, ərazinin meşəlik olmasından istifadə edərək geriyə qaçıblar.

Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ərazidə sərhəd pozucularına məxsus üç ədəd bağlamada ümumi çəkisi 33 kiloqram 900 qram narkotik vasitə və digər maddi sübutlar aşkar olunaraq götürülüb.

Baş vermiş hadisə barədə müqabil tərəf sərhəd nümayəndəliyi xətti ilə məlumatlandırılıb.

Fakt üzrə əməliyyat-istintaq və axtarış tədbirləri davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi