xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Azərbaycan vətəndaşı Balidə quldurluqda şübhəli bilinərək saxlanılıb - FOTO

28-07-2025, 10:45 10 dəfə baxılıb

Azərbaycan vətəndaşı Balidə quldurluqda şübhəli bilinərək saxlanılıb - FOTO


İndoneziyanın Bali adasında yerləşən Kuta şəhərində baş verən qarət hadisəsinə görə bir nəfər saxlanılıb.

Ölkə.az-ın operativ media-ya istinadən məlumatına görə, Kuta Polis Bölməsinin apardığı istintaqa əsasən, qarətdə şübhəli bilinən şəxs Azərbaycan vətəndaşı olan, 35 yaşlı əcnəbidir.

İstintaq nəticəsində müəyyən olunub ki, şübhəli hadisəni təkbaşına törətməyib. O, hazırda axtarışda olan dostu ilə birlikdə bu cinayəti törədib.

“Şübhəlilər əvvəlcə zərərçəkəni boğaraq və zərərsizləşdirərək hərəkətsiz hala salıblar. Daha sonra masanın üzərində olan təxminən 19.000 ABŞ dolları məbləğində pulu götürərək hadisə yerindən qaçıblar”.

Polisin bildirdiyinə görə, şübhəli şəxslər bu əməli gündəlik ehtiyaclarını qarşılamaq üçün törədiblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi