xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 15:43 – İlham Əliyev 19-cu "Caspian Agro Week" və 31-ci "InterFood Azerbaijan" sərgiləri ilə tanış olub 
  • 20:20 – İlham Əliyev və Meloni mətbuata bəyanatlarla çıxış edirlər 
  • 20:16 – Prezident İlham Əliyevin İtaliya Baş naziri ilə geniş tərkibdə görüşü olub - FOTO 
  • 19:34 – İlham Əliyevin Meloni ilə təkbətək görüşü keçirilir - Fotolar 

Xəzərdə balıqçılarda 10 kq narkotik aşkarlanıb - FOTO

11-03-2025, 13:25 2 dəfə baxılıb

Xəzərdə balıqçılarda 10 kq narkotik aşkarlanıb - FOTO


Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.

Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Məlumata görə, dəniz sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi, Xəzər dənizində rejim qaydalarına nəzarətin gücləndirilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

Mart ayının 6-da Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi Komandanlığının xidməti ərazisində dövlət sərhədinin mühafizəsi tapşırığını yerinə yetirən sərhəd naryadı tərəfindən Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub ərazi sularında balıqçılıq fəaliyyəti ilə məşğul olan Lənkəran rayon sakinləri – 1979-cu il təvəllüdlü Mustafayev Dəyanət Ələddin oğlu və 1980-ci il təvəllüdlü Ağaoğlu Elşən Əliş oğluna məxsus üzmə vasitəsinə baxış keçirilərkən ümumi çəkisi 10 kiloqram 385 qram narkotik vasitə marixuana aşkarlanıb.

Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
 Valyuta məzənnəsi