xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 15:43 – İlham Əliyev 19-cu "Caspian Agro Week" və 31-ci "InterFood Azerbaijan" sərgiləri ilə tanış olub 
  • 20:20 – İlham Əliyev və Meloni mətbuata bəyanatlarla çıxış edirlər 
  • 20:16 – Prezident İlham Əliyevin İtaliya Baş naziri ilə geniş tərkibdə görüşü olub - FOTO 
  • 19:34 – İlham Əliyevin Meloni ilə təkbətək görüşü keçirilir - Fotolar 

Küləyin sürəti narıncı şkalaya keçəcək - Xəbərdarlıq

5-02-2025, 10:27 2 dəfə baxılıb

Küləyin sürəti narıncı şkalaya keçəcək - Xəbərdarlıq


“​Hazırda Bakıda və Abşeron yarımadasında sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsir. Sinoptiklərin məlumatına görə, yaxın günlərdə Bakıda və Abşeron yarımadasında güclü küləklə müşayiət olunan hava şəraiti davam edəcək və küləyin sürəti narıncı xəbərdarlıq şkalasına keçəcək”.

Bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova deyib.

O, əhalini verilən hava xəbərdarlıqlarına diqqət göstərməyə çağırıb:

“Sarı və narıncı xəbərdarlıq güclü küləkli hava dəyişkənliyindən xəbər verir və gözlənilən meteoroloji şəraitdən xəbərdar olmaq, qarşısı alına biləcək risklərdən uzaq olmaq anlamına gəlir. Buna görə də sinoptiklərin verdiyi xəbərdarlıq məlumatlarını ciddiyə alaq, çünki verilən hava xəbərdarlıqları fəsadlardan qorunmaq üçündür”.

İ.İbrahimova vurğulayıb ki, xüsusən də güclü külək zamanı irigövdəli ağacların, tikinti sahələrinin, yüngül konstruksiyalı örtüklərin yaxınlığında dayanmayaq:

“Tövsiyəmiz odur ki, ehtiyat tədbirlərini unutmayaq, diqqətli və tədbirli davranaq. Qabaqcadan tədbirli olaq ki, güclü küləyin yarada biləcəyi fəsadlardan qoruna bilək”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
 Valyuta məzənnəsi