xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 11:24 – Prezident İlham Əliyev: Ermənistanla sülh yalnız kağız üzərində deyil 
  • 10:40 – Prezident: Təhlükəsizlik, sabitlik bir nömrəli məsələ kimi qalmalıdır 
  • 10:37 – Prezident İlham Əliyev: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi aparıcı beynəlxalq təsisatlardan biridir 
  • 22:32 – İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər - FOTOLAR 

Putin Xocalı canisinə zəng etdi: NƏDƏN DANIŞDILAR?.. - Ermənistan KİV

17-09-2024, 16:00 2 dəfə baxılıb



Bir neçə gün əvvəl Ermənistanın terrorçu eks-prezident, Xocalı canisi Robert Köçəryanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Moderator.az xəbər verir ki, bu haqda Ermənistanın "Past” gündəlik nəşri məlumat yayıb.

"Bizə məlum oldu ki, Rusiya rəhbəri avqustun 31-də Köçəryana zəng edərək ikinci prezidenti 70 illik yubileyi münasibətilə təbrik edib. Ermənistanın ikinci prezidentinin ofisi ilə əlaqə saxlayıb telefon danışığının təfərrüatlarını öyrənməyə çalışsaq da, nəticə olmadı. Hər halda, telefon danışığı faktının özü diqqəti çəkir, xüsusən indiki vəziyyətdə. Görünən odur ki, siyasi mövsüm ərəfəsində Rusiya Ermənistana diqqətini artırır. Ruslar bir tərəfdən hökumətlə təmasların intensivliyini bərpa etməyə başlayırlar. Bunu Rusiya baş nazirinin müavini, xarici işlər nazirinin müavini və müxtəlif rəsmi şəxslərin səfərləri sübut edir, digər tərəfdən isə etibarlılığı zamanla sübuta yetirilmiş ənənəvi tərəfdaşlarla əlaqələri bərpa edirlər. Sonuncu xüsusilə diqqətəlayiqdir, çünki Ermənistanın indiki hakimiyyəti çoxdan sübut edib ki, Moskva üçün ən azı etibarlı deyil, hakimiyyətini saxlamaq imkanından asılı olaraq müxtəlif təxribatlara hazırdır", -deyə erməni nəşri vurğulayır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Mart 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
 Valyuta məzənnəsi