xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 21:55 – Prezident Almaniyadadır - Fotolar+Yenilənib 
  • 12:20 – İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi 
  • 15:09 – Prezidentin maşınında selfi çəkdi - Foto 
  • 11:07 – Azərbaycan Prezidenti Ukrayna ilə bağlı mövqeyini açıqladı 

Türkiyədə hoteldə ölən tanınmış azərbaycanlının FOTOSU

28-08-2024, 10:34 3 dəfə baxılıb

Türkiyədə hoteldə ölən tanınmış azərbaycanlının FOTOSU


Xəbər verdiyimiz kimi, Azərbaycan vətəndaşı Mahir Məmmədov Kuşadasındakı hotel otağında ölü tapılıb.

Onun ölümünün dəqiq səbəbi ekspertizadan sonra məlum olacaq.

Xatırladaq ki, hadisə dünən saat 13.30 radələrində Kadınlar Dənizi məhəlləsində yerləşən 5 ulduzlu hoteldə baş verib.

Məlumata görə, 50 yaşlı Mahir Məmmədov 3 gün əvvəl həyat yoldaşı Kəmalə Məmmədova və oğlu ilə birlikdə Kuşadasına istirahətə gedib. O, səhər yeməyini yedikdən sonra ailəsi ilə birlikdə dincəlmək üçün otağa qalxıb.

Bir müddət sonra şəhərin mərkəzinə gəzmək üçün gedən Kəmalə Məmmədova və oğlu geri qayıdanda Mahir Məmmədovu yerdə hərəkətsiz vəziyyətdə görüblər.

Hotelə 112 Təcili Tibbi Yardım və polis qrupları cəlb edilib. Həkimlər briqadasının müayinəsindən sonra Mahir Məmmədovun öldüyü müəyyən olunub. Onun ölümünün dəqiq səbəbi İzmir Ədliyyə Tibb Morqunda aparılacaq yarılmadan sonra məlum olacaq.

Konkret.az saytı iddia edir ki, vəfat edən şəxs Prezidentin Mühafizə Xidmətinin keçmiş əməkdaşı olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Temmuz 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
 Valyuta məzənnəsi