xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 15:55 – İlham Əliyev Bakı Olimpiya Stadionunda - FOTOLAR 
  • 15:13 – “Bir dənə güllə atsaq, onların dabanları parlayacaq” - Prezident 
  • 15:05 – Prezidentin Zəngilan sakinləri ilə görüşündən - Fotolar+Yenilənib 
  • 14:53 – “Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq” 

Kəndlərimizdə şou göstərlərin ifşası: Qarabağdan görüntüsü ortaya çıxdı - VİDEO

23-04-2024, 10:23 2 dəfə baxılıb

Kəndlərimizdə şou göstərlərin ifşası: Qarabağdan görüntüsü ortaya çıxdı - VİDEO


Müxtəlif səhnələrdə səyahət edən aktyorlar truppası. Qarabağda, Zabuxda, ya da başqa yerdə "öz məharətlərini" göstəriblər.

"Bez tormozov" onlardan birini ifşa edib.

"Yadınızdadır, bu fırıldaqçı Zabux kəndində necə yalan danışırdı ki, axıra qədər orada yaşayacaq və "artsax"ı müdafiə edəcək? Niyə kəndin müdafiəsinə qalxıb Artsaxda yaşamadın? Niyə hamını çaqqal kimi qoyub qaçdı?", - deyə erməni teleqram kanallarından sitat gətilirib.

Sual edilir: İndi o, Tavuşun himayədarına çevrilib? Onun kimi ucuz oğlanlar isə Ermənistanda bir qəpikdir: Mariya Poqosyan, Mika Badalyan, Arman Abovyan, Levon Koçaryan, İşxan Sagetelyan və s. özünüz də görürsünüz: ssenari, aktyorlar, nəticə eynidir. Yalnız yer dəyişir.

Onlar işğaldan azad olunmaqda davam edən Azərbaycan əraziləri ilə vida turuna çıxıblar.

Ssenariyə görə, tezliklə bu quldurlar “qurbanlara dəstək” üçün pul toplamağa başlayacaqlar.

İş orasındadır ki, onları nə torpaq, nə Ermənistan təəssübkeşliyi maraqlandırır, sadəcə, şou göstərib hadisələrdən "qənimət" əldə etmək istəyirlər. Proses ya belə, ya elə onsuz da davam edəcək, bunu özləri də yaxşı bilirlər, amma atılıb-düşməkdən əl çəkmirlər.

Yada salaq ki, hazırda Bakının istintaq təcridxanasında "başına döyən" Ruben Vardanyanın pulları ilə Qarabağda bir çox etnik erməni tez-tez təxribatçı addımlar atırdı və bu, zaman-zaman ifşa olunurdu.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
 Valyuta məzənnəsi