xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 09:13 – Azərbaycan prezidenti dünyanın ən nüfuzlu liderlərinin siyahısına əlavə edildi 
  • 11:20 – Prezident XIII Qlobal Bakı Forumunun açılış mərasimində iştirak edir - Yenilənib 
  • 10:40 – Prezident: Təhlükəsizlik, sabitlik bir nömrəli məsələ kimi qalmalıdır 
  • 10:37 – Prezident İlham Əliyev: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi aparıcı beynəlxalq təsisatlardan biridir 

"Bu cür ağır cinayətlər AMEA-da araşdırılmalıdır" - Kriminalistdən TƏLƏB

14-02-2024, 13:29 2 dəfə baxılıb

"Bu cür ağır cinayətlər AMEA-da araşdırılmalıdır" - Kriminalistdən TƏLƏB


"Düşünürəm ki, belə hadisələrin törədilməsinə rəvac verən səbəb və şəraiti öyrənmək lazımdır. Çox təəssüf ki, Azərbaycan uzun illərdir baş vermiş və baş verəcək cinayətlərin səbəb və şəraitini öyrənməklə bağlı elmi-tədqiqat laboratoriyaları, institut və ya şöbələri yoxdur".

Bu sözləri Ölkə.Az-a açıqlamasında hüquqşünas, kriminalist Şəmsəddin Əliyev ötən gün Bakıda bir ailənin 5 üzvünün qətlə yetirilməsi və evin 25 yaşlı oğlu Əhməd Əhmədovun şübhəli şəxs qismində saxlanılması barədə danışarkən deyib. O iddia edib ki, nə Milli Elmlər Akademiyasında, nə Baş Prokurorluğun nəzdində, nə də Ədliyyə və Daxili İşlər Nazirliklərində belə tədqiqatlar aparılır:

"Cəmiyyətdə son zamanlar qəsdən törədilən xüsusilə ağır cinayətlərin sayı artmaqda davam edir. Biz sadəcə baş vermiş cinayətlərin statistikasına diqqət yetiririk. Amma "nə olub" və "nə etmək lazımdır ki, olmasın" suallarına cavab vermək lazımdır. Bunun üçün də AMEA və yaxud da adını çəkdiyim digər hüquq-mühafizə qurumlarının nəzdində elmi-tədqiqat şöbələri, qrup və laboratoriyaları yaradılmalıdır.

Burada çalışan sosioloqlar, psixiatrlar, kriminoloqlar, həkimlər, peşəkar hüquqşünaslar cəlb olunmalı və cəmiyyətdə baş vermiş cinayətləri doğuran səbəb və şəraitlə bağlı müfəssəl konsepsiya ortaya qoyulmalıdır.

Nazirlər Kabinetinin tərkibinə daxil olan hər dövlət qurumunun, bütün mərkəzi icra hakimiyyəti orqanlarının üzərinə vəzifələr qoyulmalıdır ki, belə ağır cinayətlər olmasın. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən problemli ailələr öyrənilməli, doğuran səbəblər araşdırılmalıdır.

Sovet vaxtında bu istiqamətində konsepsiya var idi. Məəttəl qalmışam, bu qədər alimlərimiz var, heç bir töhfələri də yoxdur. Niyə ölkəmizdə bu cinayətləri doğuran şəraitin aradan qaldırılması istiqamətində vahid konsepsiya ortaya qoyulmur?

İnsan sosial varlıqdır. Hadisələri doğuran səbəblər də sosial səbəblərdir. Bu səbəblər sosial varlığı öz məhvərindən çıxmağa vadar edir. Sonradan cəza da sosial ədaləti bərpa etmək məqsədilə tətbiq olunur".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Mart 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
 Valyuta məzənnəsi