xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Psixi problemləri olan şəxs necə sürücü ola bilib? - Sərt REAKSİYA

14-02-2024, 12:28 0 dəfə baxılıb

Psixi problemləri olan şəxs necə sürücü ola bilib? - Sərt REAKSİYA


Dünən Bakıda ata-anası, qardaşı, bacısı və onun azyaşlı qızını qətl etməkdə şübhəli bilinən Əhməd Əhmədovun taksi fəaliyyəti göstərdiyi deyilir.

Psixi problemləri olduğu bildirilən şəxsin sürücülük vəsiqəsi alması və taksi sürücüsü kimi fəaliyyət göstərməsi ən çox sorğulanan məsələlərdən birinə çevrilib. Belə ki, həmin şəxsin müştəriləri üçün potensial təhlükə olduğu vurğulanır.

Bəs bu necə mümkün olub?

Nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı "Ölkə.Az"a açıqlamasında iddia edib ki, səhiyyə ocaqlarında bu cür arayışlar 50-100 manata rahat şəkildə satılır:

"Ağıllı "dəli" ola bilir, dəliyə ağıllı kağızı alına bilir. Təəssüf ki, səhiyyə ocaqlarında bu cür arayışlar 50-100 manata rahat şəkildə satılır. Bu gün taksi fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı qaydalar icra olunsa da, tibb məntəqələrində, poliklinikalarda 80-100 manata heç bir müayinədən keçmədən baş həkimlər tərəfindən taksi fəaliyyəti üçün arayışlar satılır. Səhiyyə Nazirliyi rüşvət ocağına çevrilibsə, yol polisi buna nə etməlidir? Şəxs sağlamlıq haqqında arayış alaraq polisə təqdim edir, imtahanda iştirak edərək sürücülük vəsiqəsi alır".

Ekspert deyir ki, problemin üzərinə gedilməlidir: "Biz poliklinikalarda reydlərin keçirilməsi ilə bağlı məsələni dəfələrlə qaldırmışıq. Yaxud da sürücülərin tibbi müayinə məntəqəsi adında vahid struktur yaradılmalı və bu struktur ciddi nəzarət altında fəaliyyət göstərməlidir. Əvvəllər belə bir struktur var idi, lakin o da rüşvət yuvasına çevrilmişdi. Poliklinikaların tərkibinə verildikdən sonra isə 2 qat rüşvət yuvasına çevrildi. Problemin kökü bundan ibarətdir".

E.Muradlı vurğulayıb ki, dəfələrlə qaydaları pozan sürücülərin daha sonra dəlilik kağızı olduğu ortaya çıxıb: "Bu gün pulunu ödəyən övladını dəlilik adı ilə asanlıqla xilas edə də bilir. Daha sonra həmin insanlar belə qatillərə çevrilirlər. Dünən 5 nəfərin qətlində rüşvət alan hər kəsin günahı var. Bütün cəmiyyət bu işin üzərinə getməli, qınamalıdır. Bu qədər özbaşınalıq olmaz".

"Taksilərlə bağlı da qanun qüvvəyə minib, sağlamlıq arayışı tələb olunur. Lakin rüşvətlə satılan sağlamlıq kağızı ilə bağlı taksi şirkəti nə edə bilər?", - deyə ekspet əlavə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi