xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 22:02 – Prezident: Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir 
  • 20:30 – 32 il əvvəl Ulu Öndərlə çəkilən şəkil Prezidentə göstərildi - Foto 
  • 18:12 – İlham Əliyev “Xankəndi” hotelinin açılışında - Fotolar 
  • 11:18 – İlham Əliyev Laçında - FOTOLAR 

İki qurumdan BİRGƏ ƏMƏLİYYAT: Ekologiyaya zərər verənlər cəzalandırıldılar

29-11-2023, 14:49 15 dəfə baxılıb

İki qurumdan BİRGƏ ƏMƏLİYYAT: Ekologiyaya zərər verənlər cəzalandırıldılar


Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə ekoloji qaydaların pozulması hallarının qarşısının alınması məqsədilə zəruri tədbirlər həyata keçirir.

DİN-dən verilən məlumata görə, noyabrın 27-də bu istiqamətdə keçirilən tədbirlər nəticəsində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində 3 ədəd sərv ağacının çətir hissəsinin tamlığının pozularaq budaqlarının kəsilməsi, Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində isə “KamAZ” markalı 3 yük avtomobili ilə qarışıq süxur daşınması faktları aşkar olunub.

Ağacları zədələdiyinə görə Suraxanı rayonunda bir, Xəzər rayonunda isə icazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etməyə görə üç fiziki şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Temmuz 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
 Valyuta məzənnəsi