xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:18 – “İlham Əliyev müasir, ziyalı insandır” - Putin 
  • 09:44 – İlham Əliyev Ərdoğanla görüşdü - Fotolar 
  • 13:26 – İlham Əliyevin Paşinyanla görüşü keçirilir - Yenilənib - Fotolar 
  • 12:50 – Prezidentlə xanımı Qırğızıstandadır - Fotolar - YENİLƏNİB 

Bu hərbçilər ordudan xaric edildi - MN-dən "ciddi tədbir" bəyanatı - FOTOLAR

19-10-2023, 14:05 17 dəfə baxılıb

Bu hərbçilər ordudan xaric edildi - MN-dən "ciddi tədbir" bəyanatı - FOTOLAR


Azərbaycan Ordusunda informasiya təhlükəsizliyi, eləcə də məxfilik qaydaları ilə bağlı mütəmadi olaraq şəxsi heyətlə maarifləndirici söhbətlər aparılır, iltizamnamələrə imza atılaraq bununla bağlı öhdəçilik götürürlər.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, buna baxmayaraq bir neçə hərbi qulluqçunun xidmət zamanı smartfon tipli telefon istifadə etməsi, eləcə də şəxsi hesablarında xidmətə aid foto-video görüntüləri paylaşması aşkar edilmişdir.
Bu hərbi qulluqçulardan bəziləri Müdafiə Nazirliyi rəhbərliyinin müvafiq əmr və sərəncamlarına zidd hərəkətlərinə görə ordu sıralarından xaric edilib, digərləri barəsində isə ciddi intizam tədbirləri görülüb.

Ordu mənsublarına yaraşmayan hərəkətlərlə hərbi etika qaydalarını, eləcə də mobil telefonlardan istifadə zamanı nizamnamələrin tələblərini və müvafiq əmrləri kobud şəkildə pozan hərbi qulluqçular barəsində bundan sonra da ciddi tədbirlər görüləcəkdir.

Əlavə olaraq qeyd edək ki, qaydaların daha da sərtləşdirilməsi ilə bağlı qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi üçün aidiyyəti üzrə yeni təkliflər hazırlanaraq təqdim edilib.

Bu hərbçilər ordudan xaric edildi - MN-dən "ciddi tədbir" bəyanatı - FOTOLARBu hərbçilər ordudan xaric edildi - MN-dən "ciddi tədbir" bəyanatı - FOTOLARBu hərbçilər ordudan xaric edildi - MN-dən "ciddi tədbir" bəyanatı - FOTOLARBu hərbçilər ordudan xaric edildi - MN-dən "ciddi tədbir" bəyanatı - FOTOLAR






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi