xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Qarabağ separatçılarından hitlersayağı ssenari: ermənilər öldürüləcək və... - NƏ BAŞ VERİR?

25-07-2023, 16:00 11 dəfə baxılıb

Qarabağ separatçılarından hitlersayağı ssenari: ermənilər öldürüləcək və... - NƏ BAŞ VERİR?


Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan erməni separatçılarının Azərbaycana qarşı növbəti təxribatlara hazırlaşdırları barədə məlumatlar var. Erməni mətbuat məkanında, xüsusən də sosial media seqmentində separatçı ünsürlərin təxribat ssenarilərini işə salması barədə danışılır. Bəzi erməni istifadəçilər bildirirlər ki, guya Azərbaycan ordusu Qarabağda ermənilər yaşayan kəndlərdə “soyqırımına” hazırlaşırlar. “Telegram” kanallarında yayılan ermənilərin səs yazısı isə əslində “soyqırımının” erməni separatçılarının elə özləri tərəfindən törədiləcəyini göstərir. Bildirilir ki, Azərbaycana qarşı beynəlxalq aləmdə təzyiqləri artırmaq, ölkəmizi dünyada “cinayətkar” kimi təqdim etmək üçün məkrli plan işə salınıb.

Separatçıların niyyəti odur ki, bir qrup erməniyə Azərbaycan Ordusuna məxsus hərbi forma geyindirsin, ermənilər yaşayan kəndlərdə qətliamlar törətsinlər. Bundan sonra dünyaya car çəksinlər ki, “Azərbaycan soyqırımına start verib”.

Analitiklər bu məkrli planı ermənilərin həyata keçirə biləcəyini söyləsələr də, bunun Qarabağdakı rejimə heç bir fayda verməyəcəyi qənaətindədirlər.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu AYNA-nın suallarını cavablandırarkən deyib ki, erməni quldurları təkcə bu ssenarini yox, başqa təxribatçı planları da həyata keçirməyə başlaya bilərlər:

- Erməni separatçılarının bu gün başlıca məqsədi Qarabağda Azərbaycanla Rusiyanı toqquşdurmaqdır. Keçən üç ildə hansısa toqquşma baş vermədi. Çünki Azərbaycan Rusiya ilə toqquşmada maraqlı deyil. Baxmayaraq ki, Rusiya tərəfindən, Rusiyanı idarə edənlər tərəfindən Azərbaycana qarşı müxtəlif vaxtlarda müxtəlif təxribatçı açıqlamalar verilir. Bakının Qarabağda Moskva ilə üz-üzə gəlməsində maraqlı olmaması ağıllı siyasətdir. Lakin dediyim kimi, erməni separatçıları buna çox çalışırlar.

Ermənilərin Qarabağın dağlıq hissəsində, ermənilər yaşayan kəndlərdə qətliamlar törədəcəyi ssenarisi kifayət qədər realdır. Onlar zaman-zaman öz maraqları üçün belə axmaq addımlara əl atıblar. Amma bu hərəkət onların özləri üçün ziyanlı olacaq. Çünki indi nəyisə gizli saxlamaq çətindir. Texniki imkanlarla nəyin nə olduğunu sübut etmək asandır.

- Azərbaycan bu təxribatlara qarşı preventiv addımlar ata bilərmi?

- Azərbaycanın hədəfi bəllidir: Qarabağdan Rusiya sülhməramlı kontingentini yola salmaq, qanunsuz erməni silahlı birləşmələrini tərksilah etmək. Bu sıralama dəyişə də bilər. Yəni ki, birinci separatçı ünsürləri tərksilah etmək, sonrakı mərhələdə rus hərbi kontingentini ərazimizdən çıxarmaq. İndi Azərbaycanın əsas hədəfləri bunlardır.

Düzdür, Ermənistanla da məsələlərimiz qalıb – sülh sazişi imzalanmayıb, sərhədlər müəyyənləşməyib, kommunikasiya xətləri açılmayıb. Amma bunlar Azərbaycan üçün dərin problemlər deyil, zamanla həlli mümkün məsələlərdir. Əsas problem Azərbaycanın daxilindəki problemdir. Prezident İlham Əliyev Şuşada ermənilərə verilən şanslardan danışdı və bundan istifadə edə bilmədiklərini söylədi. İndi bizə qarşı hansısa təxribat edəcəklərsə, özlərinə baha başa oturacaq. Çünki Azərbaycanı heç bir qüvvə dayandıra bilməz. Ölkə başçısı bunu dəfələrlə açıq şəkildə bəyan edib.

- Bu təxribatlarla Azərbaycanı beynəlxalq aləmdə qınaq obyektinə çevirmələri mümkün deyil?

- Bilirsiniz, yenə deyirəm, dövr o dövr deyil. İkincisi, indi də dünyaya car çəkirlər ki, guya “blokadadırlar”, “aclarından ölürlər” , “humanitar böhran” yaranıb və s. Halbuki, Azərbaycan təklif edib ki, məhsullar Ağdam-Xankəndi yolu ilə daşına bilər. Beynəlxalq təşkilatlardan da çağırış edildikdə Azərbaycan rahat şəkildə Ağdam-Xankəndi yolunu nişan verir, heç bir humanitar böhran yaratmadığını sübut edir. İndi erməni separatçıları bu yolu istəmirlərsə, özləri bilərlər. Buna görə Azərbaycan ittiham obyekti deyil, olmayacaq da. İndi ermənilər öz ağılları ilə Ağdam-Xankəndi yolunu betonlarla bağlayıblar, bu yoldan humanitar yüklərin daşınmasını istəmirlər. Amma anlamalıdırlar ki, qarşıdan qış gəlir, meyvə-tərəvəz bitəcək. Eyni zamanda, qaz və elektrik enerjisi də böyük ölçüdə Azərbaycanın əlindədir. Bir sözlə, ermənilərin başqa yolu yoxdur. Humanitar yüklər Ağdam-Xankəndi yolundan getməlidir, qaz, işıq Ermənistandan yox, Azərbaycandan verilməlidir. Bunu birdəfəlik anlamalıdırlar ki, Qarabağ Azərbaycanın daxili işidir və heç bir xarici güc Azərbaycanın daxili işinə qarışa bilməz. Proseslərin qarşısını təxribatla almağı düşünürlərsə, yanılırlar. Hansısa təxribat Bakını planlarından çəkindirməyəcək.

- Separatçıların bu planlarını pozmaq mümkündürmü?

- Hitler Almaniyası 1939-cu ildə, Polşaya qarşı müharibədən əvvəl oxşar təxribat hazırlamışdı. Demək nasistlər Polşa hərbçilərinin geyimini geyinərək alman radiostansiyasına hücum edirlər. Bundan sonra bəyan edirlər ki, Polşa hərbçiləri Almaniyaya hücum etdilər. Bununla da Polşaya müdaxilə bəhanəsi yarandı. Güman ki, Qarabağdakı separatçı ermənilər nasistlər kimi düşünürlər. Tutaq ki, bir qrup erməni Azərbaycan hərbi paltarını geyinəcək, bir-iki erməni yaşayan kəndə hücum edəcək, bir-iki erməni öldürəcək. Sonra nə olacaq?! Bunlar nəyi dəyişəcək ki? Buna görə Rusiya bizimlə müharibə edəcək?! Əlbəttə, buna görə bəzi dairələrdən Azərbaycan əleyhinə bəyanatlar verilə bilər. Lakin bu bizim planlarımızdan çəkindirməyəcək.

Biz hansı erməninin hansı ermənini öldürəcəyini bilə-bilmərik, mane də ola bilmərik. Hazırda erməni yaşayan kəndlərə müdaxilə etmək imkanlarımız məhduddur. Özləri özlərini öldürə bilərlər, amma bu bəhanə olacaq. Əksinə, onların özlərinə ona görə ziyan edəcək ki, Azərbaycan antiterror əməliyyatını tezləşdirəcək. Çünki bir təxribat baş verirsə, ikinci də baş verəcək. Bunun qarşısını almaq üçün Azərbaycan hərəkətə keçəcək. Düzdür, bəzi ermənilər istəyirlər ki, toqquşma olsun. Amma anlamırlar ki, toqquşmada qazanacaqları heç nə yoxdur, əksinə, olan-qalanlarını da itirəcəklər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi