xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 17:54 – İlham Əliyev Türk Sivilizasiyası Mərkəzinin təməlqoyma mərasimində iştirak edib 
  • 15:10 – Prezident və TDT-nin qeyri-rəsmi Zirvə görüşünün digər iştirakçıları Türküstanda bir sıra mədəni məkanlarla tanış olublar 
  • 15:02 – İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edir 
  • 12:57 – İlham Əliyev Qazaxıstanda işgüzar səfərdədir 

Sel İsmayıllıdan Lahıca gedən yolu kəsib

1-06-2023, 10:16 35 dəfə baxılıb

Sel İsmayıllıdan Lahıca gedən yolu kəsib


Ötən gecədən Lahıc-İsmayıllı istiqamətində gələn sel daşqınları kəndlərdə elektrik təchizatında bir sıra problemlərə səbəb olub. Eləcə də axşamdan Lahıc yolu uçqun səbəbindən bağlanıb.

İsmayıllı Rayon İcra Hakimiyyətinin Ərazi üzrə İdarəetmə Şöbəsinin müdiri Namiq Kərimov Oxu.Az-a açıqlamasında bildirib ki, Lahıc yolunda baş verən dağ uçqununun fəsadlarının aradan qaldırılması üçün səhər saat 06:00-dan etibarən ərazidə üç texnika çalışır:

“Hər hansı can itkisi yoxdur. Mövcud vəziyyətin aradan qaldırılması və yolun açılması istiqamətində işlər davam etdirilir. Hətta son məlumata görə, artıq Lahıc yolunda hərəkət bərpa edilib. İsmayıllıda sel ilə bağlı problem olmayıb. Güclü külək səbəbindən bir sıra evlərin və İsmayıllı rayon Q.Məmmədov adına Aşıqbayramlı kənd tam orta məktəbinin dam örtüyünün bir hissəsi sıradan çıxıb. Aidiyyəti üzrə zəruri tədbirlər görüləcək”.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Meliorasiya və Su Təsərrüfatının Mətbuat Xidmətinin rəhbəri Dilqəm Şərifov bildirib ki, sel keçən ərazilərdə vəziyyət stabildir:

“Hazırda da İsmayıllı Suvarma Sistemləri İdarəsinin texnikaları ərazidə işləyir. Səhərə kimi bütün texnikalarımız və işçi heyətimiz selin ötürülməsi üçün əlindən gələni edib. Göyçayda çay bir qədər məcrasından çıxıb, amma ağır fəsadlar yoxdur. Qalan çaylarda vəziyyət stabildir, ağır təhlükəli vəziyyət yoxdur. Lahıc yolundakı uçqun səbəbindən isə çaylarda hər hansı daşqın müşahidə edilməyib”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
 Valyuta məzənnəsi