xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:02 – İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərini təbrik edib 
  • 09:36 – Bu gün Kəlbəcər Şəhəri Günüdür 
  • 09:00 – Prezident qarayaxma kampaniyası aparanlara bu cavabı verdi 
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 

Oğlunu bıçaqlayan şəxsi hamamda baltaladılar - Bakıda qisas cinayəti - FOTO

14-02-2023, 11:05 51 dəfə baxılıb

Oğlunu bıçaqlayan şəxsi hamamda baltaladılar - Bakıda qisas cinayəti - FOTO


Bakıda qonşularını qətlə yetirməkdə təqsirli bilinən Mirələkbər Səttarov və Xətai Şirinovun cinayət işi üzrə təfərrüatlar məlum olub.

"Hadisə Sabunçu qəsəbəsi, A.Əsədullayev küçəsində baş verib.

Qəsəbə sakini, 1991-ci il təvəllüdlü Nihad İsmayılov hamamda baltalanaraq qətlə yetirilib. Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 12-ci Polis Bölməsi (PB) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Nihad İsmayılovu qətlə yetirməkdə şübhəli bilinən Sabunçu qəsəbə sakinləri, öldürülən şəxsin qonşuları 1963-cü il təvəllüdlü Mirələkbər Səttarov və 1990-cı il təvəllüdlü Xətai Şirinov tutulub.
Hər iki təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan olunub.

İş üzrə dindirilmiş Mirələkbər Səttarov ifafəsində bildirib ki, 2014-cü ilin avqust ayında mübahisə nəticəsində Nihat oğlu İsmayıla bıçaqla ayağına xəsarət yetirib. Amma sonradan oğlu ilə Nihat barışıb.

Noyabrın 19-u axşam saat 20:00 radələrində əlindəki balta ilə ağacları budayan vaxt Nihatla Gündüzü məskunlaşdıqları baxçanın həyətində görərək oğlunun bıçaqlanması yadına düşüb. Özündən aslı olmayaraq bərk əsəbləşərək Gündüzdən Nihatı nə üçün bura gətirməsini xəbər alıb. Sonra İsmayılovun qolundan tutaraq onunla söhbət etmək istədiyini deyib və evin hamam otağına tərəf gedərkən baldızı oğlu Xətai Şirinovu da çağırıb.

Nihatı hamam otağına salaraq qapını arxadan bağlayıblar. Balta ilə Nihatı vurmaq istəyəndə Xətai ona mane olub. Mirələkbər İsmayılovdan oğlunu nəyə görə bıçaqladığını xəbər alanda sonuncu düz elədiyini, İsmayıl arxasınca söyüş söydüyünə görə onu bıçaqladığını deyib. Nihatın cavabından əsəbləşən Mirələkbər əlindəki baltanın arxa hissəsi ilə onun baş nahiyyəsin zərbə vurduqda İsmayılov arxası üstə yerə yıxılıb. O, isə buna baxmayaraq onun ayaqlarına və baş nahiyyəsinə əlavə zərbələr endirib.

Nihat yerdə xırıldayarkən Mirələkbər sonuncunun əllərini kəsməyə hazırlaşıb. Lakin Xətai baltanı onun əlindən alıb bayıra çıxıb.

Mirələkbər Səttarov ifadəsinin davamında bildirib ki, hamam ləvazimatları olan yerdə bıçağın olmasını görüb oradan kəsici aləti götürərək Nihatın sol ayağına zərbə endirib.

Hamamdan bayıra çıxan zaman Mirələkbər Nihatın dostu Gündüzü görüb. Sonuncu dərhal hamam otağına keçib yaralını qucağına götürərək avtomaşına əyləşib və onu xəstəxanaya aparıb. Lakin Nihat İsmayılovun həyatını xilas etmək mümkün olmayıb.

Bir müddət sonra hadisə yerinə polis əməkdaşları gələrək Səttarovu Sabunçu RPİ-nə aparıblar və o, törətdiyi cinayət əməlini etiraf edib.

Təqsirləndirilən şəxs qismində cəlb olunmuş Xətai Şirinov bildirib ki, İsmayıl onun xalası oğlu olub. Avqust ayında xalası oğlu tanışı Nihat İSmayılov tərəfindən aralarındakı söyüş görə bıçaqlanıb.

Məlum hadisədən bir neçə ay keçdikdən sonra o, yaşadıqları evdə olan zaman mobil telefonuna Mirələkbər Səttarov zəng vuraraq xırıltılı səslə tez aşağı qapıya tərəf gəlməsini deyib. O, dərhal paltarını geyinərək üzü aşağıya doğru irəliləyərkən qarşısına Mirələkbərlə Nihat çıxıb.

Xətai bildirib ki, Səttarov Nihatın qolundan dartaraq hamam otağına tərəf aparıb. O,da onların arxasınca gedib. Mirələkbər qapını içərinən bağlayaraq giriş qapısının qarşısında balta ilə Nihatın başından bir zərbə vurub. Sonuncu zərbənin təsirindən arxaya addım ataraq yerə çöküb. O, çətinliklədə olsa araya girərək mübahisənin qaşşısını almağa açlışsa da Mirələkbər balta ilə onada ayağından zərbə vuraraq aradan çəkilməsini tələb edib. O, baltanı güclə Səttarovun əlindən alan zaman həmin alət onun barmağını kəsib.

Xətai hamam otağından çıxdıqdan sonra Mirələkbər yalvararaq onu vurmamasını xahiş edən Nihatın bədəninə və başına təpiklə zərbələr endirib.

Şirinov polislərin gəlməsini eşidərək evin arxasına qaçaraq gizlənib. Sakitlik yarandıqdan bir neçə gün sonra polis bölməsinə könüllü gedərək gördüyü və bildiyi məlumatları izahatında göstərib.

Məhkəmə prosesində Mirələkbər Səttarov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. Xətai Şirinov isə özünü təqsirli hesab etməyib.

Məhkəmə onların silah qismində istifadə etdikləri balta və bıçaqla Nihat İSmayılovu öldürmələrini və həmin cinayəti qisas almaq niyyəti ilə qətlə yetirmə halı kimi qymətləndirib.

Sonda məhkəmənin hökmü ilə Mirəlkbər Səttrarov və Xətai Şirinov hər biri 18 il müddətinə azdlıqdan məhrum olunublar.

Oğlunu bıçaqlayan şəxsi hamamda baltaladılar - Bakıda qisas cinayəti - FOTOOğlunu bıçaqlayan şəxsi hamamda baltaladılar - Bakıda qisas cinayəti - FOTOOğlunu bıçaqlayan şəxsi hamamda baltaladılar - Bakıda qisas cinayəti - FOTOOğlunu bıçaqlayan şəxsi hamamda baltaladılar - Bakıda qisas cinayəti - FOTOOğlunu bıçaqlayan şəxsi hamamda baltaladılar - Bakıda qisas cinayəti - FOTOOğlunu bıçaqlayan şəxsi hamamda baltaladılar - Bakıda qisas cinayəti - FOTO






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi