xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:02 – İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərini təbrik edib 
  • 09:36 – Bu gün Kəlbəcər Şəhəri Günüdür 
  • 09:00 – Prezident qarayaxma kampaniyası aparanlara bu cavabı verdi 
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 

 Xankəndidə qarşıdurma, girovluqdakı ermənilər və “yeyilməyən” uydurma - NƏ BAŞ VERİR?

18-01-2023, 15:30 19 dəfə baxılıb

  Xankəndidə qarşıdurma, girovluqdakı ermənilər və “yeyilməyən” uydurma - NƏ BAŞ VERİR?


Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarətində olan Qarabağ bölgəsindəki qondarma terrorçu rejimin “rəsmiləri” arasında gərginlik müşahidə edilir. Sosial şəbəkələrin erməni seqmentində yazılanlar da bunu təsdiq edir. Məlumatlara görə, bir müddət öncə Rusiyadan göndərilmiş milyarder Ruben Vardanyanın separatçıların demək olar ki, başına keçməsi illərdir xunta rejimini ayaqda saxlamağa çalışan separatçı ünsürləri qıcıqlandırır. Ermənistanın Baş naziri Nikol Paşinyana yaxınlığı ilə seçilən cinayətkar Araik Arutunyan Vardanyanın bir anda bütün “vəzifələrə” yiyələnməsini qəbul etmir.

Bununla yanaşı, bu günlərdə “vəzifəsindən” qovulan “təhlükəsizlik şurasının” rəhbəri Vitali Balasanyan isə ümumiyyətlə, nə Aqrutunyanı, nə də Vardanyanı qəbul edir. Qeyd edək ki, Balasanyan sabiq Prezident Röbürt Köçəryana bağlı şəxs kimi tanınır və “Qarabağ klanı”nın əsas füqurlarındandır.

Yerli erməni əhalinin isə yarısının demək olar ki, Balasanyana da, Arutunyana da, Vardanyana da nifrəti yarandığı barədə məlumatlar var. Sosial şəbəkələrdə ermənilərin açıq şəkildə xunta rejiminin əsarətinə narazılıq etdiyi faktları var. Azərbaycanlı ekofəalların 40 günə yaxındır Laçın yolunda keçirdiyi aksiya da erməni əhalinin qondarma qurum “rəsmiləri”nə qarşı aqressiyasını artırıb. Ermənilər arasında rejim rəhbərlərinə inamın azaldığı bildirilir. Faktiki olaraq, ermənilərin Vardanyan, Arutunyan kimi avantüristlərin girovluğundan qurtulmaq istədiyi sosial şəbəkələrdə yazdıqlarından, yayılan narazılıq dolu videolardan da sezilir.

DİA.AZ-ın məlumatına görə, Xankəndidə baş verənlərlə bağlı AYNA-ya danışan sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli deyib ki, Azərbaycan ekofəallarının, vətəndaş vəmiyyəti nümayəndələrinin davam edən aksiyası bölgədəki proseslərə öz təsirini göstərib.

Onun sözlərinə görə, Laçın-Xankəndi yolunda davam edən dinc aksiya separatçılar arasında ciddi vahiməyə səbəb olub: “Təşviş həm rejimin rəhbərliyi arasında, həm də bir ovuc sadə erməni arasında yaşanmaqdadır. Qondarma qurumun günlərdir ki, bir-birləri ilə ciddi mübahisələr edirlər. Biz burada "vəzifə" davalarının yaşandığını da görürük. Sözün əsl mənasında Xankəndidəki separatçılar arasında bir xaos yaşanmaqdadır. Təbii ki, Araik kimi cinayətkar Vardanyanı qəbul etməyəcək. Arutunyan Qarabağın erməni əhalisindən bu müddət ərzində alver predmeti kimi istifadə edib. Ermənistandan ayrılan vəsaitləri mənimsəyib, özünə şərait qurub. Bunu əldən vermək istəmir. Vardanyan isə Rusiya tərəfindən məqsədli şəkildə göndərilib, plan-proqramı var və onu icra etməyə çalışır. Keçmiş “Qarabağ klanı”nın nümayəndələri isə bunların heç birini qəbul etmək istəmir. Balasanyan kimi cəllad hesab edir ki, Qarabağın indiyədək qalması onun təmsil olunduğu qrupun xidməti sayəsindədir. Bir sözlər, separatçılar arasında at izi it izinə qarışıb”.

“Yerli erməni əhalisinin fikrinə gəlincə, onlar xuntanın əlində əsir-yesir günündə qaldıqlarını anlayırlar. Laçın yolunun bağlı olması haqqında yalanlar, “qoymayın, böhran içərisindəyik” uydurmaları artıq bir işə yaramır. Azərbaycanlıların aksiya keçirdikləri ərazidən gündə onlarla təminat maşını keçir ki, Xankəndidəki ermənilər bunu görürlər. İndi müasir dövrdür, hər kəsin internetə çıxışı var. Ona görə də uydurmaların ömrü uzun olmur. Separatçı rejimin uydurduğu yalanların da ifşa olması onlara inanan tək-tük insanı da reallığı görməyə vadar etdi. Artıq Xankəndidə yaşayan az sayıdakı əhali belə separatçıların yalan vədlərinə inanmır. Bu isə onlar arasındakı qarşıdurmanın daha da kəsinləşməsinə səbəb olur”, - deyə analitik vurğulayıb.

Q.Hüseynli deyib ki, qondarma qurumun liderlərinə erməni əhalinin inanmadığını əslində Vardanyan etiraf edib: “Ötən ilin sonlarında Xankəndidə keçirdikləri mitinqdə Vardanyan açıq şəkildə bildirdi ki, erməni əhali üç qrupa bölünüb: Azərbaycan vətəndaşlığını qəbul edərək Qarabağda yaşamaq istəyənlər, bölgədən çıxıb getmək istəyənlər və qalıb döyüşmək istəyənlər. Üç yollarının olması ilə bağlı dedikləri əslində Vardanyanın etirafı idi. Demək ki, 20 minə yaxın olan erməninin 6 mini bölgədən getmək, 6 mini qalıb Azərbaycan vətəndaşı kimi yaşamaq, 6 mini isə döyüşmək istəyir. Əslində onlar da döyüşmək istəmirlər, sadəcə revanş hissləri ilə yaşayıb bir qədər qazanc niyyəti güdürlər. Hər kəsə aydındır ki, 44 günlük müharibədə Azərbaycan Ordusu Ermənistan ordusunun belini qırıb. Bir ovuc separatçı Azərbaycan xüsusi təyinatlıları üçün 2 günlük əməliyyatla zərərsizləşdirilə biləcək hədəfdir. Demək istədiyim odur ki, Qarabağın erməni əhalisi də rejimin əsarətindən yaxa qurtarmaq istəyindədir”.

“Düşünürəm ki, separatçılar da “dövlət” istəklərinin xəyal olduğunu yavaş-yavaş anlamağa başlayıblar. Bir müddətdən sonra hər şeyin mənasız olduğunu tam dərk edəcəklər və Qarabağdan qaçmağa dəlik axtaracaqlar. Onların indi tək güvənci Rusiyaya, himayəsində olduqları sülhməramlılaradır. Sülhməramlıların da getmək müddəti 2025-ci ildədir. Rəsmi Bakıdan ən yüksək səviyyədə bu barədə bəyanat verilib. Sadə erməni əhali də bunu dərk edir. Ona görə inamları hər gün bir az da itməkdədir”, - politoloq fikrini tamamlayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi