xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:02 – İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərini təbrik edib 
  • 09:36 – Bu gün Kəlbəcər Şəhəri Günüdür 
  • 09:00 – Prezident qarayaxma kampaniyası aparanlara bu cavabı verdi 
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 

Vəzifə başında həbs olunan nazirlər...- FOTO

28-11-2022, 16:00 23 dəfə baxılıb

Vəzifə başında həbs olunan nazirlər...- FOTO


Xəbər verdiyimiz kimi, DTX Naxçıvan Muxtar Respublikasının Gömrük Komitəsində əməliyyat keçirib. Əməliyyat nəticəsində bir sıra vəzifəli şəxslər, o cümlədən Naxçıvanın maliyyə naziri Rəfael Əliyev həbs olunub.

“Qafqazinfo”bildirir ki, Rəfael Əliyev vəzifədə olduğu müddətdə həbs olunan azsaylı nazirlərdəndir. Buna qədər isə cəmi iki nəfər – sabiq səhiyyə naziri Əli İnsanov və sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev vəzifədə olduğu müddətdə həbs olunmuşdu.

Sabiq səhiyyə naziri Əli İnsanov
1993-cü ildən başlayaraq 12 il Azərbaycanın səhiyyə naziri olan Əli İnsanov 2005-ci ildə vəzifədə olduğu dövrdə həbs edilib. O, 2005-ci il oktyabrın 20-də Milli Məclisə seçkilər ərəfəsində hakimiyyəti zorla ələ keçirmə və kütləvi iğtişaşların təşkilinə hazırlıq kimi ittihamlarla saxlanılıb, sonradan ona qarşı vəzifə və iqtisadi cinayətlər törətməsi ittihamları da irəli sürülüb. 2007-ci ilin aprel ayında 11 il müddətinə azadlıqdan məhrum edilir. 2016-cı ildə yeni ittihamlarla onun həbs müddəti 7 il 5 gün artırılır. Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı əfv Sərəncamı ilə 2019-cu ildə azadlığa buraxılır.

Vəzifə başında həbs olunan nazirlər...- FOTO


Sabiq iqtisadi inkişaf naziri - Fərhad Əliyev

2001-ci ildə iqtisadi inkişaf naziri təyin edilən Fərhad Əliyev 4 il sonra həbs edilib. Belə ki, 2005-ci il oktyabrın 19-da parlament seçkiləri ərəfəsində iqtisadi inkişaf naziri Fərhad Əliyev öz xidməti kabinetində həbs edilib. 25 oktyabr 2007-ci ildə 10 il müddətinə azadlıqdan məhrum edilib. 2013-cü ildə Azərbaycan Prezidentinin Sərəncamı ilə cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Vəzifə başında həbs olunan nazirlər...- FOTO


Yuxarıda adıçəkilən şəxslərdən başqa, nazir olan, lakin bu vəzifədən çıxarıldıqdan sonra həbs olunanlar da var.

Onlar arasında sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov, sabiq baş nazirlər Sürət Hüseynov, Pənah Hüseyn, sabiq daxili işlər naziri İsgəndər Həmidov, sabiq müdafiə naziri Rəhim Qazıyev, sabiq milli təhlükəsizlik nazirləri Fəxrəddin Təhməzov, Nəriman İmranov, sabiq maliyyə naziri Fikrət Yusifov, sabiq kənd təsərrüfatı naziri Müzamil Abdullayevin adlarını çəkmək olar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi