xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Bakıda havanın temperaturu iqlim normasından aşağı olub - FAKTİKİ HAVA

25-07-2022, 10:19 25 dəfə baxılıb

Bakıda havanın temperaturu iqlim normasından aşağı olub - FAKTİKİ HAVA


Bu gün saat 09:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, düşən yağışın miqdarı Lənkəranda 24 mm, Qrızda 23 mm, Xaltanda 22 mm, Altıağacda 17 mm, Qobustanda 16 mm, Astarada 14 mm, Şabran, Xınalıqda 13 mm, İsmayıllı, Şahdağda 12 mm, Şamaxı, Sumqayıtda 11 mm, Şəki, Kürdəmir, Qubada 9 mm, Qəbələ, Ağsu, Qusarda 8 mm, İmişlidə 7 mm, Ləzədə 6 mm, Ordubadda 5 mm, Biləsuvarda 4 mm, Mingəçevir, Ağdamda 3 mm, Lerik, Göyçay, Sarıbaşda (Qax) 2 mm, Naxçıvan, Şahbuz, Ağdərə, Göygöl, Naftalan, Zaqatala, Yardımlı, Bərdə, Yevlax, Beyləqan, Sabirabad, Cəfərxan, Salyanda 1 mm-dək olub.

Havanın temperaturu iyulun 24-də Bakıda iqlim normasından 1.3 dərəcə aşağı olub. Maksimal temperatur Naxçıvan MR-da 30-35 dərəcə isti, Bakıda və Abşeron yarımadasında 28, dağlıq rayonlarda 21, aran rayonlarında 32 dərəcəyədək isti olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi