Alimlər rütubətlə birləşmədə həddindən artıq yüksək temperaturların kəskin artımından narahatdırlar. Onlar insanların bunlara necə reaksiya verdiyini və fiziki vəziyyətlərinin necə dəyişdiyini araşdırıblar.
İsti rütubətli havanı Wet Bulb Temperature (nəm termometrin temperaturu) vasitəsilə ölçmək olar - yəni, obyektin temperaturu bədəni nəm tənziflə sarılmış termometr ilə ölçülür.
Adiabatik buxarlanma sayəsində nəm termometrin temperaturu havanın rütubətinin 100 faiz olduğu hallar istisna olmaqla, hər zaman quru termometrin temperaturundan aşağı olur.
2022-ci ilin may və iyun aylarında Cənubi Asiyanı bürüyən istilər zamanı Pakistanın Cakobabad şəhərində insanın adaptasiyasının nəzəri cəhətdən yuxarı həddinə yaxın olan maksimal rütubətli havanın temperaturu 33,6°C qeydə alınıb.
2010-cu ildə aparılan tədqiqat zamanı hesablayıblar ki, 35°C və 100 faiz rütubət və ya 46°C və 50 faiz rütubət yüksək təhlükəsizlik həddidir. Bu yaxınlarda bu məlumatlar laboratoriya şəraitində insanlar üzərində sınaqdan keçirilib.
Hər bir iştirakçı bədən istiliyini izləyən kiçik bir qadjeti udub. Daha sonra könüllülər xüsusi kameraya yerləşdirilib və orada yemək bişirmək və qida qəbulu kimi tanış hərəkətləri təqlid ediblər. Tədqiqatçılar ya kameradakı temperaturu ya da rütubəti asta-asta yüksəldiblər və eksperiment iştirakçısının bədən temperaturunun nə vaxt yüksəlməyə başladığını izləyiblər.
Gənc sağlam kişilər və qadınlar üzərində aparılan araşdırma nəticəsində ətraf mühitin yuxarı həddinin nəzəri 35°C-dən də aşağı olduğu aşkar edilib.
Təsdiq edilmiş hədd: 100 faiz rütubətdə 31°C və ya 60 faizdə 38°C.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.