xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:21 – Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 
  • 12:25 – İlham Əliyev Şimali Makedoniya Prezidenti ilə görüşüb 

Uşağı döyən tərbiyəçi qohumu olduğu üçün şikayətçi olmadı

14-01-2022, 11:52 302 dəfə baxılıb

Uşağı döyən tərbiyəçi qohumu olduğu üçün şikayətçi olmadı


İsmayıllıda 1 saylı uşaq bağçasında tərbiyəçinin körpəni vurması ilə bağlı bəzi detallar məlum olub.

“Qafqazinfo məlumatına görə, 2019-cu il təvəllüdlü uşağın ailəsi öz qohumları olan tərbiyəçi Zülfiyyə Baxışovadan şikayətçi olmayıb.

Z.Baxışova körpənin anasının xalasıdır. Döyülməyə məruz qalan uşağın anası İsmayıllı Rayon İcra Hakimiyyətində məsləhətçi işləyir. Atası isə rayon peşə məktəbində direktor müavinidir.

Videonu isə həmin bağçaya təcrübə keçmək üçün göndərilən Peşə Texnologiya Kollecinin ikinci kurs tələbəsi çəkib.

Tərbiyəçi Z.Baxışova izahatında bildirib ki, anası bir neçə dəfə uşağın yemək yemədiyini deyib. Buna görə də uşağın yemək yeyərkən videosunu çəkib valideyninə göndərmək istəyib. Tərbiyəçi həmin vaxt körpə sakit dayanmadığı üçün onu vurduğunu etiraf edib. Hadisənin təxminən 10 gün əvvəl baş verdiyini bildirib.

Z.Baxışova ifadəsində əməlini belə əsaslandırsa da, uşağ bağçasının sosial şəbəkə hesablarında uşaqların ağzında yemək olakən çəkilmiş fotoları kifayət qədərdir. Azyaşlının döyülməsini əks etdirən görüntünün yayılmasından sonra, digər uşaqların da şəkillərinin çəkilməsi zamanı zorakılığa əl atılıb-atılmaması sual yaradır.

Həmin şəxsə töhmət verilib. Bu gün səhər saatlarında onun işdən çıxarılması ilə bağlı qərar verilib.

Xatırladaq ki, bağçada göstəriş üçün şəkil çəkmək istəyən tərbiyəçi azyaşlıdan şirniyyatı ağzında tutmasını istəyib. Lakin uşaq buna əməl etmədiyinə görə, o, azyaşlının başına zərbə endirib. Daxili İşlər Nazirliyinin yaydığı rəsmi məlumata görə, hadisə ilə əlaqədar rayon polis şöbəsinin təhqiqat qrupu bağçadadır, müvafiq sorğu və izahat işləri aparılır. Üç yaşlı uşağı vuran bağçanın tərbiyəçi – müəlliməsi 1969-cu il təvəllüdlü Zülfiyyə Baxışova təhqiqata cəlb edilib. Həmin şəxs ailəlidir, 2 övladı var.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi