xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 11:42 – Prezident qəbul keçirdi - Fotolar 
  • 11:07 – İlham Əliyev Bişkekdə Narendra Modi ilə söhbət etdi - FOTO 
  • 09:44 – İlham Əliyev Ərdoğanla görüşdü - Fotolar 
  • 13:26 – İlham Əliyevin Paşinyanla görüşü keçirilir - Yenilənib - Fotolar 

Danışmaq adı ilə 10 nəfərin telefonunu əlindən alıb qaçdı

17-12-2021, 12:17 70 dəfə baxılıb

Danışmaq adı ilə 10 nəfərin telefonunu əlindən alıb qaçdı


Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində dələduzluq edən əvvəllər məhkum olunmuş Samir Əliyev saxlanılıb.
"Onun müxtəlif vaxtlarda paytaxtın bir neçə rayonunda insanlara yaxınlaşaraq danışmaq adı ilə onların mobil telefonunu alıb daha sonra qaytarmayaraq ələ keçirdiyi müəyyən edilib. S.Əliyevin aldadığı şəxslər arasında məktəblilər də olub. Onun zərərçəkənlərə 5 min manatdan artıq maddi ziyan vurduğu müəyyən edilib.

Araşdırma zamanı saxlanılan şəxsin paytaxtın Nizami rayonunda quldurluq, Nərimanov rayonunda isə soyğunçuluq etdiyi üçün axtarışda olduğu məlum olub.

Faktlarla bağlı S.Əliyev barəsində 16-Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün istintaqa göndərilib.

"Onun paytaxt ərazisində başqa şəxslərə qarşı analoji cinayətlər etdiyi istisna olunmur. Samir Əliyevin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Nərimanov Rayon Polis İdarəsinə, 16-cı Polis Bölməsinə və ya ərazi üzrə polis orqanlarına məlumat verə bilərlər", - məlumatda qeyd edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi