xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:15 – Prezident xanımı ilə Liderlər Sammitində iştirak edir - Canlı 
  • 14:43 – Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi - Canlı 
  • 14:09 – Ərdoğan Qarabağa gəldi, Prezident İlham Əliyevdən səmimi qarşılama - VİDEO 
  • 12:53 – Prezident: Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin 

Azərbaycanda narkotik əməliyyatı: Atəş açıldı - FOTOLAR

2-08-2021, 12:19 43 dəfə baxılıb

Azərbaycanda narkotik əməliyyatı: Atəş açıldı - FOTOLAR


Narkotik tərkibli bitkilərin aqrotexniki qaydada qulluq edilərək yetişdirilməsi ilə məşğul olan şəxslərə qarşı İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, RPŞ-nə rayonun Ağaməmmədli kəndi ərazisində yerləşən çöllük sahədə külli miqdarda narkotik tərkibli çətənə kollarının əkildiyi barədə məlumatı daxil olub.

Məlumatla əlaqədar dərhal həmin ərazi əməliyyat nəzarətinə götürülüb.

Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində qeyd edilən ərazidə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan rayonun Muradxanlı kənd sakini Rahib Hüseynov "iş başında" saxlanılıb.

Saxlanılan zaman R.Hüseynov odlu silahdan havaya atəş açaraq hadisə yerindən qaçmağa cəhd edib. Lakin onun bu cəhdinin qarşısı polis əməkdaşları tərəfindən operativ şəkildə alınıb.

Həmin əraziyə keçirdikləri baxış zamanı isə oradan təmiz çəkisi 10 kiloqram 200 qram olan qurudulmuş marixuana və xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 127 ədəd çətənə bitkisi, eləcə də bir ədəd müvafiq sənədləri olmayan "TOZ" markalı ov tüfəngi aşkar edilib.

Faktla bağlı R.Hüseynov barəsində İmişli RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

İmişlidə narkotik becərən şəxs odlu silahdan atəş açaraq qaçmağa cəhd göstərib

Azərbaycanda narkotik əməliyyatı: Atəş açıldı - FOTOLARAzərbaycanda narkotik əməliyyatı: Atəş açıldı - FOTOLARAzərbaycanda narkotik əməliyyatı: Atəş açıldı - FOTOLARAzərbaycanda narkotik əməliyyatı: Atəş açıldı - FOTOLAR






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
 Valyuta məzənnəsi