xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 11:42 – Prezident qəbul keçirdi - Fotolar 
  • 11:07 – İlham Əliyev Bişkekdə Narendra Modi ilə söhbət etdi - FOTO 
  • 09:44 – İlham Əliyev Ərdoğanla görüşdü - Fotolar 
  • 13:26 – İlham Əliyevin Paşinyanla görüşü keçirilir - Yenilənib - Fotolar 

BNA-dan biabırçı səhv - FOTO

4-06-2021, 11:26 61 dəfə baxılıb

BNA-dan biabırçı səhv - FOTO


Bakıda məlumat lövhəsində biabırçı səhvə yol verilib.

"Bu səhvi əks etdirən fotonu jurnalist Vyaçeslav Sapunov sosial şəbəkədəki hesabında paylaşıb.

Bakı Nəqliyyat Agentliyinin sifarişi əsasında və nəzarəti altında yerləşdirilən məlumat lövhəsində Ulu Öndər Heydər Əliyevin adı ingilis dilində düzgün yazılmayıb.

Bülbül prospekti yaxınlığındakı küçələrdən birində Heydər Əliyev Sarayı istiqamətini işarələyən lövhədə səhv buraxılıb.

Bundan əlavə, “Xarici İşlər Nazirliyi” yazısının ingilis dilində olan tərcüməsində də səhv var.

Məsələ ilə əlaqədar Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev “oxu.az”a açıqlama verib. O, bildirib ki, bu nişanlar, avadanlıqlar podratçı şirkət tərəfindən quraşdırılır:

“Nişanlar podratçı şirkətlərdən ərazidə təhvil alınır. Bu nişan da yeni quraşdırılıb. Bu və buna bənzər hərf səhvləri olan zaman podratçı şirkətə bildirilir və qısa vaxtda aradan qaldırılması tələb olunur.

Lövhədə qeyd olunan məlumatlar biz tərəfdən ərazi üzrə istiqamətlər düzgün göstərilməklə təqdim olunur. Lakin, podratçı şirkət bu məlumatları lövhədə qeyd edən zaman məlum səhvə yol verib”.

Qeyd edək ki, bu lövhələr podratçı şirkət tərəfindən hazırlansa da, son olaraq Bakı Nəqliyyat Agentliyi tərəfindən işin düzgün görülüb görülməməsi yoxlanılaraq təsdiqlənir, qəbul edilir və əraziyə quraşdırılır.

Həmin görüntünü təqdim edirik:

BNA-dan biabırçı səhv - FOTO






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi