xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 11:08 – İlham Əliyev onları təltif etdi 
  • 11:24 – Prezident İlham Əliyev: Ermənistanla sülh yalnız kağız üzərində deyil 
  • 11:20 – Prezident XIII Qlobal Bakı Forumunun açılış mərasimində iştirak edir - Yenilənib 
  • 10:40 – Prezident: Təhlükəsizlik, sabitlik bir nömrəli məsələ kimi qalmalıdır 

Bakıda yaranmış tıxacın səbəbi açıqlandı - FOTO

25-05-2021, 11:25 33 dəfə baxılıb

Bakıda yaranmış tıxacın səbəbi açıqlandı - FOTO


Bakının Səbail rayonunun Neftçilər prospekti ilə Əziz Əliyev küçəsinin kəsişməsində Bakı Nəqliyyat Agentliyinə (BNA) əvvəlcədən məlumat verilmədən dəyişiklik edilib.

Bu barədə "Yol-xeber.az"a BNA-dan məlumat verilib.

Məlumata görə, Ə.Əliyev küçəsindən gələn nəqliyyat vasitələrinin Neftçilər prospekti-Dəniz vağzalı istiqamətində geriyə dönmə yeri bağlanılıb. “Azneft” dairəsi istiqamətində isə yol daraldılıb. Nəticədə qeyd olunan hissədə "butulka effekti" yaranıb.

Bu səbəbdən də səhər saatlarından hazırki vaxta qədər Neftçilər prospekti, Z.Əliyeva, Ü.Hacıbəyov, Y.Səfər, A.Cəlillov, eləcə də digər mərkəzi küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkətində ciddi çətinliklər yaranıb.

"Bir daha bildiririk ki, paytaxt ərazisində nəqliyyat vasitələrinin hərəkətində hər hansı bir dəyişiklik planlı və BNA ilə razılaşdırılmaqla həyata keçirilməlidir. Müvafiq razılaşdırma və koordinasiyasız olunan dəyişiklik bu cür xoşagəlməz nəticələrə səbəb olur. Bu isə hərəkət iştirakçılarının, xüsusən də ictimai nəqliyyat istifadəçilərinin lüzumsuz yerə tıxacda qalaraq vaxt itirməsi deməkdir", - deyə qurum bəyan edib.

Bakıda yaranmış tıxacın səbəbi açıqlandı - FOTOBakıda yaranmış tıxacın səbəbi açıqlandı - FOTOBakıda yaranmış tıxacın səbəbi açıqlandı - FOTO






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Mart 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
 Valyuta məzənnəsi