xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:41 – Prezident fərman imzaladı 
  • 12:56 – İlham Əliyev Qurban Qurbanova "Dostluq" ordenini təqdim edib 
  • 14:31 – İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə "Dostluq" ordenini təqdim edib 
  • 12:05 – İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı 

Həbs edilən icra başçısının məhkəməsində qadın müavini də DİNDİRİLƏCƏK

17-02-2021, 12:27 33 dəfə baxılıb

Həbs edilən icra başçısının məhkəməsində qadın müavini də DİNDİRİLƏCƏK


Gəncə Ağır Cinayətlər Məhkəməsində Ağstafa rayonunun sabiq icra başçısı Nizaməddin Quliyev və onun birinci müavini Ramiz Tatarovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
"Ölkə.Az" xəbər verir ki, vəkil Kamandar Nəsibov “Report”a açıqlamasında bildirib ki, iclasda dövlət ittihamçısı qismində çıxış edən prokuror ittiham aktını elan edib.

Təqsirləndirilən şəxslər elan edilən ittihamla özlərini qismən təqsirli bildiklərini deyiblər.

Daha sonra şahidlərin dindirilməsinə başlanılıb. İclasda iş üzrə şahid qismində tanınan 21 nəfər ifadə verib.

Həbs edilən icra başçısının məhkəməsində qadın müavini də DİNDİRİLƏCƏK


K.Nəsibovun sözlərinə görə, ifadə verən şahidlərin əksəriyyəti rüşvəti bilavasitə Ağstafa rayon icra başçının müavini Lalə Eyyubovaya verdiklərini bildiriblər.

“Növbəti prosesdə iş üzrə şahid qismində Lalə Eyyubova da dindiriləcək” – deyə vəkil bildirib.

Hakim Məhəmməd Bağırov növbəti prosesi fevralın 16-na təyin edib.

Qeyd edək ki, DTX-nın yaydığı məlumata görə, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin müntəzəm olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə dair əsaslı şübhələr yaranıb.

N.Quliyevin rayon icra hakimiyyəti başçısının müavini Ramiz Tatarovun vasitəsilə 2019-cu ilin may ayından etibarən yerli icra hakimiyyəti və digər yerli dövlət orqanlarının vəzifəli şəxslərindən müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib. Nizaməddin Quliyevin müavini Ramiz Tatarov vasitəsilə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən rüşvət tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib.

Həbs edilən icra başçısının məhkəməsində qadın müavini də DİNDİRİLƏCƏK


Bununla yanaşı, Nizaməddin Quliyevin səhiyyə, təhsil və digər yerli dövlət təsisatları rəhbərlərindən büdcə vəsaitləri hesabına yerli dövlət orqanlarının saxlanılması xərclərinə ayrılan vəsaitlərin müəyyən hissəsinin nağdlaşdırılaraq ona təqdim olunmasını tələb etməsi və alması, ictimai işlərə cəlb olunan aztəminatlı şəxslərə ayrılan əmək haqqı kartlarını ələ keçirib mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Nizaməddin Quliyev və müavini Ramiz Tatarovun xidməti otaqlarında keçirilən baxış zamanı müxtəlif vəzifəli şəxslərdən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin öz əlyazmaları ilə tərtib olunmuş siyahıları, pul vəsaitləri, sənədlər, iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər götürülüb.

Təqsirləndirilən şəxslərə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma və mənimsəmə ilə bağlı itithamlar verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi