xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:09 – İlham Əliyev Kremldədir - Video 
  • 09:37 – İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib - VİDEO 
  • 13:41 – Prezident Milli Qəhrəman Natiq Qasımovdan danışdı 
  • 13:36 – Prezident: İrəvan sülh istəyirsə, günahkarları cəzalandırmalıdır 

Ermənilər Kəlbəcərdə vandallıq edir: Evlər, dükanlar... (VİDEO)

13-11-2020, 16:00 63 dəfə baxılıb

Ermənilər Kəlbəcərdə vandallıq edir: Evlər, dükanlar... (VİDEO)


Kəlbəcərin Ermənistan silahlı qüvvələri tərəfindən işğalından sonra buraya yerləşdirilmiş ermənilər rayonu tərk edirlər.
APA xəbərinə görə, Kəlbəcəri tərk edən ermənilər yaşadıqları evlərin qapı və pəncərələrini söküb özləri ilə aparırlar. Onlardan bəziləri hətta evlərinə od vurub yandırır.

Kəlbəcərdən reportaj hazırlayan "BBC News”un Moskva müxbiri Stiv Rozenberqə danışan ermənilər yaşadıqları evlərdə azərbaycanlıların yaşamaması üçün bu addımı atdıqlarını bildiriblər.

Kəlbəcərdən ermənilərin köçü ilə bağlı "Sputnik Armenia” da material yayımlayıb. "Sputnik Armenia"nın çəkiliş qrupunun məlumatına görə, Kəlbəcəri tərk edən ermənilər sözün həqiqi mənasında evləri, dükanları, elektrik yarımstansiyaları söküb dağıdırlar.

Ermənilər çoxlu sayda mikroavtobus və yük maşınlarında daşına bilən hər şeyi – ev əşyalarını, mebelləri, heyvanları aparırlar.

"Sputnik Armenia”nın da əməkdaşları ermənilərin yaşadıqları evlərə od vurduqlarını qeyd ediblər.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir arasında imzalanmış bəyanata əsasən, Ermənistan Respublikası 15 noyabr 2020-ci il tarixinədək Kəlbəcər rayonunu, Ağdam rayonunu 20 noyabr 2020-ci il tarixinədək və 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonunu Azərbaycan Respublikasına qaytarmalıdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2024    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
 Valyuta məzənnəsi