Rafael Mehrəliyev: Tofiq Yaqublu barədə qərarın dəyişdirilməsi dövlətin humanist siyasətinin təzahürüdür
21-09-2020, 11:17
123 dəfə baxılıb
Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin rəisi Rafael Mehrəliyev - Törətdiyi cinayət əməli məhkəmədə sübuta yetirilən və 4.3 il müddətinə azadlıqdan məhrum olunan Tofiq Yaqublu haqqında qərarın dəyişdirilməsi Azərbaycan dövlətinin humanizm prinsiplərinə əsaslanan siyasətinin əyani təzahürüdür.
Ziyalılar, tanınmış ictimaiyyət nümayəndələri T.Yaqublu barədə verilmiş hökmün dəyişdirilməsi ilə bağlı Zeynəb Xanlarova, Anar, Çingiz Abdullayev və başqaları müraciət ediblər.
Tofiq Yaqublu təcridxanada olduğu dövrdə qanunvericiliyə uyğun olaraq maddi-məişət şəraiti ilə təmin olunub, onun hüquqları məhdudlaşdırılmayıb, ailə üzvləri və vəkilləri ilə mütəmadi görüşüb və telefon vasitəsilə əlaqə saxlayıb.
T.Yaqublu İnsan Hüquqları üzrə Müvəkkil tərəfindən və Ombudsmanın Milli Preventiv Qrupunun həkim üzvünün iştirakı ilə qəbul edilib və ona səhhətində problem yaşamaması üçün qida qəbulunu bərpa etməsi ilə bağlı söhbətlər aparılaraq müvafiq tövsiyələr verilib. Beynəlxalq Qızıl Xaç Komitəsinin ölkəmizdəki Ofisinin nümayəndələrinin onunla görüşünə şərait yaradılıb.
Səhhətinin daim həkim nəzarətində saxlanılması üçün o, istintaq təcridxanasının tibb məntəqəsinə yerləşdirilib, səhhəti sabit olub. Eyni zamanda xahişi ilə tanıdığı mülki sektorun həkimi Adil Qeybullaya onun müayinəsi, müalicəsi və sağlıq durumuna nəzarət edə bilməsi üçün orada lazımi şərait yaradılıb.
T.Yaqublunun sağlıq durumunda problem yaranmaması üçün önun özünün və həkimi Adil Qeybullanın təklifi ilə “City Hospotal”da müalicəsi müalicəsidavam etdirilib.
TƏBİB-in rəsmi şəxsləri və həkimləri, pentensiar xidmətin əməkdaşları xəstəxanada T.Yaqublunun yanında olublar və onun səhhətini nəzarətdə saxlayıblar.
T.Yaqublunun həkimi Adil Qeybulla həmin qərarı humanist addım kimi qiymətləndirdi və yaranmış vəziyyəti kampaniyaya çevirərək T.Yaqublunun həyatı bahasına öz çirkin niyyətlərini həyata keçirmmək istəyənlərin bu anti-insani davranışını qınadı: “Bəzi İnternet televiziyalar, xüsusilə də Amerikada oturanlar, görünür, bu prosesin uzanmağında maraqlıdırlar. Maraqlıdılar ki, bu proses uzansın, T.Yaqublu aclığı davam etdirsin, komaya düşsün, ağır vəziyyətə düşsün, onlar da bundan istifadə etsinlər, Bu, açıq aydın hiss olunur”.
Ölkənin əsas KİV-ləri, sosial şəbəkə istifadəçiləri, QHT və siyasi partiya nümayəndələri T.Yaqublunun vəziyyətinin ağırlaşmasını və hətta ölümünü istəyərək bundan yararlanmağa çalışan radikal müxalifəti, xaricdəki 5-ci kolonu ciddi qınadılar.
Hazırda məhkəmə T.Yaqublunun sağlıq durumunda ciddi problem yaranmamasına yol verməmək üçün onun barəsində çıxarılmış qərarı dəyişdirdi. Bu Azərbaycan dövlətinin növbəti humanist addımı, insan həyatını ən ali dəyər kimi qiymətləndirməsinin ən bariz nümunələrindən biridir.
Radikal müxalifətin və xaricdəki 5-ci kolonun bu qərarı “qələbə” kimi yozması, bundan sui-sitifadə edərək müxtəlif qeyri-qanuni çağırışlar səsləndirməsi bir daha göstərir ki, heç bir fəaliyyəti olmayan, işləri-gücləri sosial şəbəkələrdə qeybət, dedi-qodu yaymaq olanlar üçün insan həyatının heç bir dəyəri yoxdur. T.Yaqublunun qızı Nigar Həsi, AXCP sədri Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Sevinc Osmanqızı kimi şəxslər öz məqsədləri üçün ən ali prinsipləri belə tapdamağa hazırdırlar.
Tofiq Yaqublunun qızı Nigar Həzinin atasının vəziyyəti ilə bağlı siyasi möhtəkirlik etməsi xüsusi təəccüb doğurur. Atasına aclığı dayandırmaq, bununla da səhhətini daha da pisləşdirməmək kimi tövsiyələr verməli olan bir övlad əksinə atasını aclığı ölümü bahasına olsa belə davam etdirməyə çağırırdı. Sanki ona atadan daha çox, “həbsxanada ölmüş məhbus qızı” statusu vacib idi. Səbəb nə idi? “Həbsxanada ölmüş məhbus qızı” statusuna malik olan bir şəxs kimi daha rahatlıqla sığınacaqmı almaq? Ərinə daha “parlaq” siyasi karyera təmin etmək? Yoxsa əlində alət olduqları Əli Kərimlini kaprizlərini təmin etmək?
Neftin qiymətinin aşağı düşməsinə, iqtisadiyyatın geriləməsinə sevinənlər, insanların sosial durumunun ağırlaşmasını istəyənlər, koronavirus pandemiyasının geniş yayılmasını arzulayanlardən bundan artıq münasibət gözləmək mümkün deyil.
T.Yaqublu ilə bağlı qəbul olunmuş yeni qərar heç kimə dövlətlə şantaj dili ilə danışmağa əsas vermir. Təcrübə göstərir ki, təzyiq, şantaj və bu kimi yollarla Azərbaycan dövlətinə, hakimiyyətə, məhkəmətə təsir etmək mümkün deyil və belə cəhdlər həmişə olduğu kimi iflasa məhkumdur.
Tofiq Yaqublu barədə qərarın dəyişdirilməsi bir daha onu göstərdi ki, Azərbaycan dövləti ənənəvi olaraq hüquqi imkanlar daxilində humanist siyasətin təmin olunmasında maraqlıdır. Bu isə o deməkdir ki, hər bir vətəndaşın həyatı, sağlamlığı dövlətimiz üçün olduqca qiymətlidir.
Ancaq bir məsələni də qeyd etmək lazımdır ki, məhkəmə hökmündən bəri davam edən hüquqi prosedurlar paralel olaraq həm də ictimai-siyasi müstəviyə də transfer edildi və əslində ciddi şəkildə istismara məruz qaldı.
Bunu edənlər Tofiq Yaqublunun azad edilməsini istəyənlər kimi görünsələr də heç də əsl məqsədləri bu deyildi. Çünki onları vətəndaşımızın həbsindən, sağlamlığından, azadlığından daha çox səxsi siyasi çıxarları maraqlandırırdı və axıra qədər də bu mövqelərindən əl çəkmədilər. Bax, ictimai vicdanı ağrıdan da elə budur. Ancaq bu marginal qruplardan fərqli olar xeyli sayda ziyalımız, millət vəkillərimiz, yerli insan hüquq müdafiəsi təşkilatları təmsilçilərimiz də var idi ki, onlar hüququn nə üçün tətbiq olunduğunu obyektiv qiymətləndirərək dövlətimzin Tofiq Yaqublu üçün istisna humanist mövqe ortaya qoymasını xahiş edirdilər. Bax, Tofiq Yaqublunun azadlığa çıxmasını həqiqi istəyənlər bunlar idi.
Hüquq sistemimiz isə bütün nüansları nəzərə alaraq ölkəmizdə həyata keçirilən cinayət hüququnun humanistləşdirilməsi kontekstində yeni humanist qərar qəbul etdi və bu qərar hamımız tərəfindən alqışlanır. Çox təəssüf ki, hadisəni istismar edənlər yenə də guya yeni qərarın onların təzyiqi nəticəsində baş tutduğunu iddia edirlər. Beləliklə də həm dövlətimizin ədalətini, həm hüquqi sistemimizin hümanizmini gözdən salmağa çalışırlar. Ancaq ictimai rəyin obyektiv əsaslarda qəbul etdiyi gerçəklik budur ki, Tofiq Yaqublu dövlətimizin humanizm siyasəti sayəsində evinə gedə bilib və bu yüksək qiymətləndirilməli hadisədir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR