xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Polad Həşimov buna görə canını FƏDA ETDİ və ABŞ-ın… – SENSASİON DETALLAR

23-07-2020, 12:02 37 dəfə baxılıb

Polad Həşimov buna görə canını FƏDA ETDİ və ABŞ-ın… – SENSASİON DETALLAR


“Azərbaycan artıq Avropanın enerji bazarında bir oyunçudur, qitənin enerji təhlükəsizliyində söz sahibi olmağa başlayıb. Rusiya da birbaşa buna mane ola bilmir, buna görə də bunu ermənilərin əli ilə etmək istədi”.

Politoloq Cümşüd Nuriyev belə düşünür.

Teleqraf.com-a müsahibəsini təqdim edirik:

– ABŞ Konqresində Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal edilməsini tanıyan qətnamə qəbul olundu. Sizcə, bu, ABŞ hökumətinin məsələ ilə daha yaxından maraqlanmasına yol açacaqmı?

– ABŞ uzun müddətdən sonra Rusiya ilə münasibətlərini aydınlaşdırmaq üçün indiyədək ikili standartlarla yanaşdığı məsələlərə, artıq hüquqi müstəvidə qiymət vermək qərarını ortaya qoyur. Çünki ABŞ-ın gündəmə gətirdiyi 4 respublikanın hər biri – Azərbaycan, Ukrayna, Moldova və Gürcüstan işğaldan əziyyət çəkir, dördü də keçmiş sovet respublikasıdır. Bu ölkələrin içində ərazisi başqa dövlət – Ermənistan tərəfindən işğal edilən yeganə dövlət Azərbaycandır. Digər respublikalardakı işğalda isə Rusiyanın açıq rolu görünür. Bu işğallar ruslar və ya rusdilli insanların əli ilə həyata keçirilib. Azərbaycanla bağlı qəbul edilmiş hər iki düzəliş bizim üçün lazım idi. Çünki indiyədək beynəlxalq və lokal təşkilatların işğalla bağlı qəbul etdiyi qətnamələr kağız üzərində qalıb. Amma bilirik ki, dünyanın qəbul etdiyi qərarları həyata keçirə bilən əsas güc ABŞ-dır. Bu məsələ Konqresdə qəbul edildikdən sonra gündəmə gələcək.

Ermənilərin Los-Ancelesdə azərbaycanlılara basqın etməsinin arxasında Erməni Milli Komitəsinin (ANCA) məğlubiyyəti durur. ANCA bu günədək ABŞ-ın siyasət meydanında at oynadırdı. Artıq ABŞ öz maraqlarına uyğun olaraq hərəkət etməyə başlayıb. Bu, Ermənistan daxilində də ciddi təşvişə səbəb olub. Çünki indiyədək İrəvan İraq, Livan, Suriya və digər ölkələrdəki erməniləri aldadaraq gətirib Laçın, Kəlbəcər və Zəngilanda yerləşdirirdi. Bu məsələ də artıq avtomatik olaraq gündəmdən çıxacaq. Çünki onların həmin bölgələrdə yerləşdirilməsinin heç bir hüquqi əsası yoxdur. İndi də onların yerləşdirildiyi bölgələr işğal edilmiş ərazilər kimi gündəmə gəlib. ABŞ bu məsələ ilə bağlı daxili köçkünlərin sayı və dəymiş zərər haqda hesabatlar istəyəcək. Azərbaycan bu məlumatları çoxdan hazırlayıb. 1995-ci ildə parlamentdə qərar qəbul edilmişdi. Aparılan hesablamalara görə, o vaxtkı qiymətlərlə Ermənistan ordusu arxasında duran qüvvələrin əli ilə Azərbaycana 16.5 milyard dollar ziyan vurub. Bu gün həmin rəqəm 500 milyard dollardan çoxdur.

Hesab edirəm ki, bu, Azərbaycanın xarici siyasəti üçün yeni istiqamət müəyyənləşdirir. Burada Azərbaycan Xarici İşlər Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti mühüm rol oynayacaq. Tovuz hadisələrindən sonra dünya ölkələrində yaşayan azərbaycanlılar etiraz aksiyalarına başladı. Bu, Azərbaycan xalqının özünə hörməti və vətənə məhəbbətindən doğan bir prosesdir. Xaricdə yaşayan qardaş-bacılarımız millət kimi özlərinə hörmət etdi, meydana çıxdı. Saylarının az olmasına baxmayaraq, həm Amerika, həm də Avropada erməniləri yerlərinə oturda bildilər. Bu o deməkdir ki, artıq Azərbaycan xalqı özünə gəlib və özünü tanıyır. Yaxşı olardı ki, dövlətin aidiyyəti qurumları və səfirliklər bu istiqamətdəki işlərini artırsınlar. Xaricdə yaşayan insanlarımızdan istifadə etmək lazımdır.

– Niyə belə bir qətnamə Tovuz təxribatından sonra qəbul edildi, yəni bunun son proseslərlə əlaqəsi varmı?

– Var. İlk növbədə, burada ABŞ-ın maraqları mövcuddur. İkincisi, Azərbaycanın qapılarını Qərbə açan beynəlxalq enerji layihələri və dəmir yolu xətti Tovuzdan keçir. Digər yandan, Türkiyənin də burada maraqları var. Son 20 ildə Türkiyənin Rusiyadan idxal etdiyi qazın həcmi 50 faiz idisə, indi bu rəqəm birdən-birə 17.8 faizə düşüb. Yəni Azərbaycanın Türkiyədəki payı 3 faizdən 35 faizə qalxıb. Başqa sözlə, Azərbaycan Türkiyənin enerji təhlükəsizliyində böyük rol oynayır.

Bundan başqa, Azərbaycan artıq Avropanın enerji bazarında bir oyunçudur, qitənin enerji təhlükəsizliyində söz sahibi olmağa başlayıb. Rusiya da birbaşa buna mane ola bilmir, buna görə də bunu ermənilərin əli ilə etmək istədi. Tovuz da həm Gürcüstan, həm də Ermənistanla sərhəddə yerləşir. Məqsəd Tovuzu ələ keçirib, Azərbaycanı danışıqlar masası arxasında oturtmaq və orada paya sahib olmaqdı. Bu planın pozulmasında şəhid general Polad Həşimovun böyük rolu olub. Adam bunun üçün öz həyatını ortaya qoydu. Ermənilərin generalı dəqiqliklə vurmaq üçün silah-sursatı yoxdur. Bu, peykdən nəzarətə götürülən və həyata keçirilən bir plan idi.

Polad Həşimov Azərbaycanın Cövhər Dudayevi oldu. Polad Həşimov Azərbaycan qarşı bu təxribatın qarşısını almaq üçün öz həyatını ortaya qoydu. On iki hərbçimizin şəhid olması Azərbaycan üçün böyük dividendlər gətirdi. Biz buna görə onların ailələrinə də borcluyuq. Əminliklə deyə bilərəm ki, Amerikanın məlum qərarında da yüksək rütbəli – polkovnik və general səviyyəsində hərbçilərimizin şəhid olmasının böyük rolu var. Bu, onların siyasətinə güclü təsir göstərdi. Onlar təkcə özlərini Azərbaycan torpaqlarını qorumaq üçün yox, həm də ölkəmizin dünya arenasında haqq səsinin eşidilməsi üçün də şəhid etdilər. Bu da bir neçə istiqamətdə Azərbaycana siyasi dividentlər gətirdi. Xalq onların bu fədakarlığını yüksək qiymətləndirir.

Məlum qətnaməyə gəldikdə, bu, ABŞ-ın öz maraqlarına da uyğundur. Çünki ABŞ-Rusiya münasibətləri çox gərgin fazaya keçib. Bilirsiniz ki, noyabrda ABŞ-da seçkilər keçiriləcək, Donald Tramp da udmaq istəyir. Demokratlar da bu niyyətdədir. Hər ikisinin maraqları da Rusiyanın üzərində cəmləşib. Yəni onların Rusiya üzərindəki hansısa siyasi qələbəsi hakimiyyətə gəlməsini təmin edəcək. Səs qazanmaq üçün də Rusiya əleyhinə sərt qərarlar qəbul olunacaq. Bunlar da Azərbaycanın xeyrinə olan bir məsələdir.

– Son hadisələrdən sonra Azərbaycan tərəfi nəticəsiz danışıqlara getməyəcəyini bəyan etdi, prezident də öz çıxışlarında buna diqqət çəkdi. Yəni bizi bundan sonrakı mərhələdə nə gözləyir – genişmiqyaslı əməliyyatların başlaması mümkündürmü?

– Azərbaycan nəticəsiz danışıqlar masası arxasında çox oturub. Napoleon deyirdi ki, ağılsız müharibədən, ağıllı danışıqlar sərfəlidir. Amma sülh də o vaxt olur ki, irəli sürülən şərtlər dövlətləri qane etsin. Burada bir tərəfli qaneçilik, haqsızlıq və ədalətsizlik var. Bu günədək də ATƏT-in həmsədr dövlətləri bu ədalətsizliyə xristian həmrəyliyi göstərirlər. Tovuz təxribatının müsbət tərəfi o oldu ki, Türkiyə dövlət səviyyəsində Azərbaycanın yanında olduğunu göstərdi. Təkcə mənəvi olaraq yox, həm də hərbi-siyasi, iqtisadi və digər istiqamətlərdə Azərbaycanın yanında çıxış etdi. Bu, prosesdə dəyişikliyə gətirib çıxardı və çıxaracaq.

Azərbaycan prezidenti də buna görə, nəticəsiz danışıqların davam etməyəcəyini gündəmə gətirdi. Bu, eyni zamanda ATƏT-in həmsədrlərinə bir mesaj idi, çünki onların bu günədək apardıqları fəaliyyətlər həddən artıq yararsızdır. Prosesə riyakar və ikili standartlarla yanaşdılar, Azərbaycana qarşı ədalətsizlik etdilər. Tovuz olayları da göstərdi ki, onlar işğal və işğala məruz qalanı eyni müstəvidə görürlər. İndiyədək dilə gətirə bilmədilər ki, bu, Rusiyanın Ermənistanın əli ilə həyata keçirdiyi təxribatdır. Bu təxribat, habelə Azərbaycanın yoxlanmasına hesablanmış bir gediş idi. Amma biz itkilərimiz olsa da bu imtahandan üzüağ çıxdıq.

Prezident öz iradəsini ortaya qoydu. Bundan sonra inanmıram ki, Azərbaycan Paşinyanla danışıqlara gedəcək. Rusiya və dünya fakt qarşısında qaldı, Azərbaycanın hərbi gücü də ortadadır. Azərbaycan milləti bu proses ərzində öz iradəsini ortaya qoya bildi. Azərbaycan xalqı növbəti işğala yol vermədi, Azərbaycanın dünyaya açılan qapısını bağlamaq istəyənləri yerində oturtdu. Bu gün siyasi mövqeyimizdən, baxışımızdan asılı olmayaraq birlikdə olmaq zamanıdır. İndi hamımızın vahid mövqedən çıxış etməsi çox sevindiricidir, Azərbaycan bu həmrəyliyə nail oldu.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi