xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:09 – İlham Əliyev Kremldədir - Video 
  • 09:37 – İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib - VİDEO 
  • 13:41 – Prezident Milli Qəhrəman Natiq Qasımovdan danışdı 
  • 13:36 – Prezident: İrəvan sülh istəyirsə, günahkarları cəzalandırmalıdır 

Qağaməli Seyfullayev: Ordumuz təcavüzkarı hər an məğlubiyyətə düçar etməyə hazırdır

22-07-2020, 12:16 180 dəfə baxılıb

Qağaməli Seyfullayev: Ordumuz təcavüzkarı hər an məğlubiyyətə düçar etməyə hazırdır


Bu gün, iyul ayının 22-də Azərbaycanda Milli Mətbuat və Jurnalistika Günü qeyd olunur. Bu münasibətlə rəhbərlik etdiyim “Neftqaztikinti” trestinin bütün əməkdaşları, üzvləri və əlbəttə ki, şəxsən öz adımdan bütün jurnalist dostlarımızı, bu sahədə şərəf və ləyaqətilə çalışan bütün insanları səmimi qəlbdən təbrik edirəm, hər kəsə öz işində yeni-yeni uğurlar arzulayıram. Qələminiz iti, sözünüz kəsərli və ən əsası da tutduğunuz mövqe hər zaman haqq və ədalətli olsun, yazılarınız isə yalnız əsil həqiqətləri əks etdirsin!

“Neftqaztikinti” trestinin müdiri Qağaməli Seyfullayev - Son hərbi əməliyyatların ən mühüm reallığı isə növbəti dəfə Azərbaycanın hərbi üstünlüyünün təsdiqi oldu. Təxribatın qarşısının alınması, tərəflərin həyata keçirdiyi əməliyyatların nəticəsi və keyfiyyəti Azərbaycanın müasir döyüş imkanları baxımından Ermənistandan dəfələrlə güclü olduğunu göstərdi. Müdafiə Nazirliyinin bununla bağlı yaydığı videolardan da ordumuzun düşmənin hərbi təyinatlı bütün məntəqələrini, atəş nöqtələrini, qərargah və dayaq məntəqələrini, hərbi texnikalarını son dərəcə sərrast və dəqiq zərbələrlə darmadağın etdiyi aydın görünür.
Nazirlər Kabinetinin sonuncu iclasında Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyat barədə danışan Prezident İlham Əliyev deyib: "Son iki gün ərzində düşmənə növbəti dəfə sarsıdıcı zərbələr endirildi. Bizdə olan məlumata görə, onlarca erməni hərbçi məhv edildi, onların sərhədboyu yerləşən dayaq məntəqələrinin böyük hissəsi darmadağın edildi. O cümlədən onların bəhanə kimi gətirdiyi məlum postun da bütün infrastrukturu darmadağın edildi, bu post artıq mövcud deyil. Düşmənin texnikası, silah-sursat anbarları, dayaq məntəqələri, avtomaşınlar, sisternlər, canlı qüvvənin yerləşdiyi yerlər Azərbaycan Ordusu tərəfindən dəqiq və sərrast atəşlə məhv edilmişdir”.
Düşmən saxta informasiyaları dövriyyəyə buraxdığı kimi, ölən hərbçilərinin sayını da cidd-cəhdlə gizlədir. Aprel döyüşlərində də belə idi və tədricən erməni ordusunun saysız-hesabsız itki verdiyi üzə çıxdı. Tovuz istiqamətində Azərbaycan Ordusunun zərbələri göstərir ki, onlarca erməni əsgəri məhv edilib. Qarşıdakı günlərdə ermənilər itkilərini tədricən etiraf edəcəklər.
Onu da qeyd edək ki, Azərbaycanın dəqiq, yüksək və qarşısıalınmaz zərbə gücünə malik müasir silahlara sahib olması və döyüşlərdə bundan istifadə edərək düşmənə ağır zərbələr vurması Ermənistan tərəfində daim dərin təlaş və narahatlıq yaradıb. Təsadüfi deyil ki, Ermənistan tərəfinin bununla bağlı açıqlamalarında hətta strateji tərəfdaş olduqları Rusiyadan dəfələrlə inciklik ifadə olunur.
Azərbaycanın tezliklə ərazi bütövlüyünü də bərpa edəcəyi, üzləşdiyi təcavüzkarlığa birdəfəlik son qoyacağı şübhəsizdir. Diplomatik cəbhədə düşmən üzərində üstünlük qazanan Azərbaycan cəbhədəki son hadisələrdən sonra bir daha hərbi müstəvidə üstün olduğunu göstərdi. Hər kəs gördü ki, təcavüzkarı hər an acı məğlubiyyətə düçar etməyə hazır olan qüdrətli Azərbaycan Ordusu var.
Bütövlükdə, Tovuz döyüşləri Azərbaycanın hərbi üstünlüyünün növbəti təsdiqi oldu. Bu hadisə həm də Ermənistanın bütün cəbhələrdə məğlubiyyətinin qaçılmaz olduğunu nümayiş etdirdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2024    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
 Valyuta məzənnəsi