xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:38 – Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib - YENİLƏNİB 
  • 19:11 – Prezident İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib 
  • 21:55 – Prezident Almaniyadadır - Fotolar+Yenilənib 
  • 15:07 – Prezidentdən məşğulluq strategiyası ilə bağlı SƏRƏNCAM 

Prezident: "Kimsə hansısa tanışlara, qohumlara, vəzifədə olan dostlara arxalanırsa səhv yoldadır"

31-03-2020, 21:37 43 dəfə baxılıb

Prezident: "Kimsə hansısa tanışlara, qohumlara, vəzifədə olan dostlara arxalanırsa səhv yoldadır"


Vaxt gəlib çatıb ki, hələ də kölgədə fəaliyyət göstərən sahibkarlıq subyektləri artıq bu işlərə son qoysunlar. Biz səbrli olduq, biz vaxt verdik və hesab edirəm ki, bu vaxt çərçivələri kifayət qədər geniş idi".
Bunu Azərbaycan Prezidenti İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən deyib.

Dövlət başçısı qeyd edib ki, bir çox sahibkarlar artıq kölgə iqtisadiyyatından çıxıb, ağ iqtisadiyyatda fəaliyyət göstərir, dövlətin vergisini ödəyir, qeyri-formal məşğulluğu artıq öz gündəliyindən çıxarıb: "Ancaq elə sahibkarlar var ki, hələ də hesab edirlər ki, bunlar köhnə qayda ilə işləyəcəklər. Onlara mən birmənalı demək istəyirəm ki, bu keçməyəcək və heç kim onlara kömək etməyəcək. Əgər kimsə hansısa tanışlara, yaxud da qohumlara, vəzifədə olan dostlara arxalanırsa səhv yoldadır. Özləri də cəzalandırılacaqlar, onlara himəyadarlıq edən də cəzalandırılacaq".

Prezident vurğulayıb ki, heç kimə güzəşt yoxdur: "Mən sizə bir daha tapşırıram və bütün Azərbaycan vətəndaşları mənim tapşırıqlarımı eşidir və görür ki, istisnasız olaraq bütün sahibkarlıq subyektləri kölgə iqtisadiyyatından çıxmalıdır. Beləliklə hesab edirəm ki, bizim bütövlükdə təmizləmə siyasətimiz öz gözəl nəticələrini verəcək. Azərbaycan iqtisadiyyatı öz dayanıqlı inkişafını davam etdirəcək".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ağustos 2026    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
 Valyuta məzənnəsi