xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 10:48 – Prezident qəbul keçirdi - Foto 
  • 09:49 – Qardaşlığımızın möhürlənməsinin beşinci ili 
  • 09:00 – Azərbaycanda Milli Qurtuluş Günüdür 
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 

Prezidentdən koronavirusla bağlı təcili qərar — Bir gecədə ölkəyə gətirildi - VİDEO

19-03-2020, 13:42 70 dəfə baxılıb

Prezidentdən koronavirusla bağlı təcili qərar — Bir gecədə ölkəyə gətirildi - VİDEO


Koronovirusun yayıldığı ilk vaxtlardan Azərbaycan höküməti qabaqlayıcı tədbirlərə start verdi.
ATV xəbər verir ki, ilk olaraq sərhəd keçid məntəqələrində və aeroportlardan ölkəyə daxil olan hər bir vətəndaş yoxlanıldı. Virusun geniş yayıldığı zamanlarda isə sərhədlər bağlandı. Gediş-gəlişə qadağa qoyuldu.

Millət vəkili Qənirə Paşayeva bildirir ki, infeksiyanın yayılmasının qarşısını almaq üçün dövlət mühüm addımlar atır, hətta bu baxımdan bir sıra ölkələri qabaqlayırıq.

Millət vəkili Rəşad Mahmudov isə bildirib ki, bu gün dünyada bəlli avadanlıqlara əlçatanlıq çox çətindir:

"Bütün dünya ölkələrinin bu avadanlıqlara ehtiyacı var. Bu məqamda cənab prezidentin şəxsi təşəbbüsü ilə bir gecədə 200 süni tənəffüz aparatının əlavə olaraq ölkəyə gətirilməsi biz səhiyyəçiləri rahatlatdı".

Koronavirusun yayıldığı ölkələrdən geri qayıdan vətəndaşlarımız müayinədən keçirilir, zərurət yarandığı halda, 14-28 günlük karantin rejimində saxlanılır.

Bu məqsədlə 7 səhiyyə ocağı ayrılıb. İxtisaslaşmış xəstəxanalar və laboratoriyalar xəstəliyin müayinəsi və müalicəsi üçün müvafiq avadanlıqlarla və dərman preparatları ilə təmin edilib.
Peşəkar həkimlər bölgələrdə bu məqsədlə ayrılmış xəstəxanalara ezam olunublar. Bundan başqa xəstəxanalar çox tez bir zamanda ən müasir və qiymətli tibbi avadanlıqlarla təchiz olunub.

Yeri gəlmişkən, 1 saylı kliniki tibbi mərkəzin laboratoriyasında da Almaniya istehsalı olan yeni avadanlılqar quraşdırıldı. 3 hissədən ibarət və hər bir hissəsinin özünəməxsus funksiyası olan bu aparatlar 96 nümunəni eyni anda hazırlaya bilir və buna cəmi 4 saat vaxt sərf olunur.

Laboratoriyada təcili hallar üçün də aparatlar mövcuddur. Belə ki, yeni cihazlar vasitəsiylə istənilən nümunənin nəticələrini 70-75 dəqiqə ərzində almaq mümkündür.

Bu arada Heydər Əliyev Fondu koronavirusla mübarizə üçün xaricdən tibbi ləvazimatlar gətirib. Bu addım infeksiyanın ölkə ərazisində geniş yayılmasının qarşısının alınması məqsədi daşıyır.

Nazirlər Kabineti ysisələrinə verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi