Zaman Novruzov: «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyəti dünyanın inkişaf etmiş ölkələrinin dəmir yolları arasında özünün layiqli yerini tutub
13-03-2020, 23:27
534 dəfə baxılıb
Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini Zaman Novruzovdur.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini Zaman Novruzov vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən insandır.
Zaman Novruzov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır. Şərəfli vəzifəyə yiyələnən Zaman Novruzov bu işin müqəddəsliyini qoruyub saxlayır. Zaman Novruzov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.
Sorğu apardıq ağız dolusu Zaman Novruzovdan danışdılar yaxşı ki, Zaman Novruzov “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini təyin olunub… Zaman Novruzov öz isguzarlığı ilə tanınır və seçilir….
Zaman Novruzov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
Heç bir qüvvə Zaman Novruzovu heç vaxt əqidəsindən döndərə bilməz.
Zaman Novruzov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!
Zaman Novruzov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!
Zaman Novruzov ani və düzgün qərar qəbul edən nadir insanlardandı!
Prezident İlham Əliyevdən nümunə götürən Zaman Novruzovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!
Zaman Novruzov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!
Zaman Novruzov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Ona etibar edilən bütün işlərdə Zaman Novruzov özünü doğruldub. Bizdə hörmətli Zaman Novruzovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini Zaman Novruzov - Ölkəmiz əsaslı yeniləşmə, sürətli inkişaf yolundadır. Son illər iqtisadiyyatın yüksək inkişaf tempinə görə Azərbaycan regionun lider dövlətinə çevrilib. Əldə olunan möhtəşəm nailiyyətlərin, xüsusən də uğurlu iqtisadiyyatın təməlində ümummilli liderimiz Heydər Əliyevin uzaqgörənliklə işləyib hazırladığı və mərhələ-mərhələ reallaşdırdığı ümumi inkişaf konsepsiyası dayanır.
Hər bir dövlətin iqtisadi potensialı, gücü və qüdrəti onun malik olduğu nəqliyyat-kommunikasiya kompleksinin, o cümlədən dəmir yolu sisteminin inkişaf səviyyəsi ilə ölçülür. Bu reallığı yüksək qiymətləndirən ümummilli liderimiz digər sahələrlə paralel olaraq iqtisadiyyatın və əhalinin daşımalara olan tələbatının daha dolğun ödənilməsi, idarəetmənin təkmilləşdirilməsi və görülən işlərin səmərəliliyinin daha da artırılması məqsədi ilə dəmir yolunun tərəqqisinə də xüsusi diqqət və qayğı göstərirdi.
Ulu öndərin siyasi xəttinin layiqli davamçısı dövlətimizin başçısı İlham Əliyev 2003-cü ildə Prezident seçildikdən sonra dəmir yolu sistemində də ardıcıl tədbirlər həyata keçirilməyə başlanıldı. Ölkə Prezidentinin rəhbərliyi ilə “Azərbaycan Dəmir Yolları”nın beynəlxalq standartlara uyğun qurulması istiqamətində reallaşdırılan bir sıra mühüm tədbirlər dəmir yolu infrastrukturunun inkişafını sürətləndirdi.
Bu gün inamla deyə bilərik ki, Prezident İlham Əliyev tərəfindən göstərilən xüsusi diqqət və qayğı dəmir yolu sektorunun dinamik inkişafı üçün böyük imkanlar yaradıb. Dövlətimizin başçısının respublikamıza rəhbərlik etdiyi bu il ərzində bu sahədə baş vermiş dəyişikliklərlə yanaşı, mühüm uğurlar da əldə olunub.
Respublika nəqliyyat sisteminin əsas sahələrindən biri olan dəmir yolunun perspektiv inkişafı möhtərəm Prezidentimiz İlham Əliyevin daim diqqət mərkəzindədir. Dövlət başçısının müvafiq sərəncamı ilə bir müddət bundan əvvəl “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyində dəyişiklik edilməsi, Cavid Qurbanovun sədr təyin olunması isə bu sahədə islahatların daha da sürətlənməsinə, habelə dəmir yolu nəqliyyatında mövcud infrastrukturun və dəmir yolu nəqliyyatı vasitələrinin müasirləşdirilməsinə öz müsbət təsirini göstərib.
Hazırda beynəlxalq maliyyə qurumları ilə QSC arasında əlaqələr daha da intensivləşib. İslahatların aparılması sürətlənib. QSC-nin vaqon parkının yenilənməsi istiqamətində mühüm addımlar atılıb. Yük daşımalarına olan tələbatın ödənilməsi, xidmətin səviyyəsinin daha da yüksəldilməsi, əlavə yüklərin cəlb olunması və daşınan yüklərin mənzil başına təhlükəsiz şəraitdə çatdırılması üçün texniki vasitələrin yeniləşdirilməsi diqqət mərkəzində saxlanılıb. Bütün bunlar isə əlavə valyuta resurslarının Azərbaycan iqtisadiyyatına yönəldilməsi ilə nəticələnib.
Bu gün QSC rəhbərliyi tərəfindən qurumun yeniləşdirilməsinə, tabe təşkilatların fəaliyyətinin müasir standartlara uyğunlaşdırılmasına mühüm önəm verilir.
Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2014-2020-ci illərdə inkişafına dair Dövlət Proqramı dəmir yolunun inkişafı üçün geniş imkanlar açır. Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurla davam etdirdiyi iinkişaf strategiyası nəticəsində «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyəti dünyanın inkişaf etmiş ölkələrinin dəmir yolları arasında özünün layiqli yerini tutacaqdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR