SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılov və Azərbaycanda neft sənayesinin inkişafı
10-02-2020, 11:38
384 dəfə baxılıb
İyirmi birinci əsrin Azərbaycanı dünyanın ən uğurlu ölkələri sırasındadır. Respublikanın iqtisadiyyatı sürətlə inkişaf edir, sosial həyat dövrün tələblərini nəzərə almaqla qurulur. Paytaxtımız Bakının və regionların müasir mənzərələri ölkəmizin böyük maliyyə imkanlarını əyani şəkildə nümayiş etdirir. İnsanların rifahı, güzəranı ilə bağlı məsələlər ardıcıl həll olunur, ölkə həyatının ən müxtəlif sahələrini əhatə edən yeni möhtəşəm quruculuq proqramları həyata keçirilir. Azərbaycan geniş tərəqqi və müasirləşmə yolunda inamla irəliləyir.
Bu, ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi və böyük uzaqgörənliklə işləyib hazırladığı Yeni Neft Strategiyası ilə başlanmış bir yoldur.
Ölkəmizin müstəqillik illərindəki misilsiz inkişafında Azərbaycan neftinin həlledici rolu bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. Respublikamıza rəhbərlik etdiyi illərdə o, neft sənayesinə ölkə iqtisadiyyatının hərəkətverici qüvvəsi kimi baxmış, ona böyük önəm vermiş və neftçilərdən qayğısını heç vaxt əsirgəməmişdir. Bunu mən böyük Azərbaycan nefti uğrunda ümummilli liderimizin çoxillik gərgin mübarizəsinin şahidlərindən və iştirakçılarından biri kimi deyirəm.
Bir daha qeyd etmək istəyirəm ki, ümummilli liderimiz Heydər Əliyevin ümumiyyətlə respublikamızın, o cümlədən, neft sənayesinin inkişafı üçün gördüyü işlər, müəyyən etdiyi yeni neft strategiyası bundan sonra da Azərbaycanın möhkəm təməl üzərində inkişaf təmin edəcək və biz neftçilər bu vəzifənin həyata keçirilməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik.Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Dövlət Neft Şirkətinin vitse-prezidenti Mikayıl İsmayılovdur.
İsmayılov Mikayıl İsmayılov Mikayıl İsmayıl oğlu 1964-cü ildə Ağsu rayonunun Çiyni kəndində anadan olmuşdur. 1982-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (Azərbaycan Dövlət İqtisad Universiteti) mühasibat uçotu fakültəsinə daxil olmuş, 1983-1985-ci illərdə hərbi xidmət keçmiş, 1985-ci ildə ali təhsilini İ.A.Voznesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialında davam etdirmiş və 1988-ci ildə həmin institutu bitirmişdir. 2001-2004-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını fərqlənmə diplomu ilə bitirmişdir. Mikayıl İsmayılov gənc mütəxəssis kimi əmək fəaliyyətinə Neft Daşlarında başlamış, 1988-2003-cü illər ərzində neft-qaz sənayesində müxtəlif vəzifələrdə (mühasib, baş mühasib müavini, baş mühasib və s.) çalışmışdır. Əmək fəaliyyətinin böyük bir hissəsi Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu ilə bağlı olmuşdur. M.İsmayılov 2003 -2005-ci illərdə bu müəssisədə iqtisadiyyat və təchizat üzrə direktor müavini vəzifəsində çalışmışdır. 2005-ci ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidentidir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Mikayıl İsmayılov yüksək insanlığı ilə seçilən bir insan və SOCAR-ın vitse-prezidentidir!
Mikayıl İsmayılov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!
Mikayıl İsmayılov uğurlu seçimidir!
“Mən xalqımın ən böyük xidmətçisiyəm. Məndən nümunə götürün”- deyən İlham Əliyevdən nümunə götürən Mikayıl İsmayılov da xalqın xidmətçisidir.
Mikayıl İsmayılov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun SOCAR-ın vitse-prezidenti kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Mikayıl İsmayılov kağız üzərində olan SOCAR-ı dünya standartları səviyyəsində dövlət qurumlarına çevirdi.
Azərbaycanda hal-hazırda minlərlə xəbər saytları, portallar, informasiya agentlikləri fəaliyyət göstərir.
Bunların məqsədi ölkədə və ölkə xaricində baş verənləri ictimaiyyətə çatdırmaqdır. Lakin bütün xəbər saytları, onların təsisçiləri və əməkdaşları heç də bu məqsədə xidmət etmir. Bəziləri öz şəxsi maraqlarını hər şeydən üstün tuturlar. Bu məqsədə çatmaq üçün tənqidlə təhqiri bilərəkdən qarışdırıb, vəzifəli şəxslərin işgüzar nüfuzuna xələl gətirirlər. Təbii ki, hamı pul qazanmaq, evini çörəklə təmin etmək istəyir. Amma kimsə şər-böhtan, şantaj və təhqir yolu ilə harama gedirsə, bu uzun çəkmir. Bunları elə-belə yazmadım. Bəzi “jurnalistlər” var ki, qapı-qapı düşüb dövlət idarələrində məmurları şantaj edərək pul dilənməklə məşğul olurlar. Belə olan halda peşəsini və dövlətini sevən əsil jurnalistlər isə normal fəaliyyət göstərə bilmirlər.
SOCAR-ın vitse-prezident gəldiyi gündən Mikayıl İsmayılov barədə şər-böhtan, əsassız, qeyri-obyektiv, maddiyata hərisliklə, sifariş əsasında çox cizmaqaralar “işıq üzü” görüb. Əslində o yazılar müəllifin və sayt rəhbərliyinin daxili aləminə hakim kəsilən zülmətin təzahürü olub. Onların çoxuna da cavab verilməyib. Bir jurnalist kimi şər toplusu müəlliflərinə cavab vermişəm. Bəzi saytlarda gedən “SOCAR-ın "QARA KRALI" - Mikayıl İsmayılov” başlıqlı həqiqətdən uzaq yazıları görəndə istədim ki, ona cavab verim.
Əlinə qələm alan, sayt açan, jurnalist adını daşıyan hər bir kəs bilməlidir ki, Haqq yolunu azmaqla haqqa çatmaq olmaz.
SOCAR-ın vitse-prezident gəldiyi gündən Mikayıl İsmayılovun vəzifəsini daşıdığı SOCAR-da görülən işlərin siyahısına nəzər salanda isə SOCAR-da həyata keçirilən genişmiqyaslı işlərin bariz nümunəsini görmək olar.
SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılovun adı, Azərbaycan ictimaiyyətinə bəlli bir addır. Xoşbəxt o şəxsdir ki, onu geniş ictimai auditoriya daşıdığı vəzifəsinin
öhdəsindən layiqincə gəlmək bacarığına, xeyirxah əməllərinə, ziyalılığına, yaradıcılıq qabiliyyətinin göstəricilərinə və.s-yə görə tanıyıb hüsnü-rəğbət bəsləsiyirlər..
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR