xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:09 – İlham Əliyev Kremldədir - Video 
  • 09:37 – İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib - VİDEO 
  • 13:41 – Prezident Milli Qəhrəman Natiq Qasımovdan danışdı 
  • 13:36 – Prezident: İrəvan sülh istəyirsə, günahkarları cəzalandırmalıdır 

Cavanşir Feyziyev Baş Küngüt və Aşağı Küngüt kəndlərində seçicilərlə görüşüb (FOTO)

6-02-2020, 11:14 277 dəfə baxılıb

Cavanşir Feyziyev Baş Küngüt və Aşağı Küngüt kəndlərində seçicilərlə görüşüb (FOTO)


115 saylı Şəki seçki dairəsindən Milli Məclis üzvlüyünə namizəd Cavanşir Feyziyev parliament seçkiləri ilə bağlı təşviqat işləri davam etdirilir.

Şəkinin Baş Küngüt və Aşağı Küngüt kəndlərində də əhali seçki öncəsi təşviqata böyük maraqla yanaşırlar.

Hər iki kənddə yüzlərlə insanın qatıldığı görüşlər böyük ruh yüksəkliyi şəraitində keçdi. Namizədin vəkilləri, əməkdar jurnalist Akif Salam, jurnalist Ələddin Əsədzadə və başqaları Cavanşir Feyziyevin keçən 9 il ərzində Milli Məclisin üzvü kimi fəaliyyətini şərh edərək, onun həm seçki dairəsi ərazisində, həm də beynəlxalq parlamentlərarası əlaqələr sahəsində fəal iş apardığını seçicilərin diqqətinə çatdırdılar.

Deputatlığa namizəd Cavanşir Feyziyev seçicilər qarşısında çıxış edərək, ölkədə aparılan genişmiqyaslı islahatlardan – mühüm kadr islahatlarından, icbari tibbi sığortanın tətbiqinə başlanılmasından, aqrar sahədə kənd əhalisinə göstərilən dövlət dəstəyindən danışaraq dövlətin daxili və xarici siyasətinin əsas istiqamətləri haqqında geniş məlumat verdi.

Toplantıda çıxış edən kənd sakinləri deputat Cavanşir Feyziyevlə müntəzəm ünsiyyətdə olduqlarını, onun fəaliyyətindən razı qaldıqlarını və növbəti seçkilərdə də Cavanşir Feyziyevi dəstəkləyəcəklərini qeyd etdilər. Hər kənddə 3 saatdan artıq davam edən görüşlərdə onlarla kənd ziyalıları çıxış edərək, Cavanşir Feyziyevə 6-cı çağırış Milli Məclis seçkilərində uğurlar arzuladılar. Sonda Cavanşir Feyziyev Küngüt seçicilərinin etimadını doğruldacağına və onları ölkənin ali qanunvericilik orqanında layiqincə təmsil edəcəyinə söz verdi.


Cavanşir Feyziyev Baş Küngüt və Aşağı Küngüt kəndlərində seçicilərlə görüşüb (FOTO)
Cavanşir Feyziyev Baş Küngüt və Aşağı Küngüt kəndlərində seçicilərlə görüşüb (FOTO)
Cavanşir Feyziyev Baş Küngüt və Aşağı Küngüt kəndlərində seçicilərlə görüşüb (FOTO)
Cavanşir Feyziyev Baş Küngüt və Aşağı Küngüt kəndlərində seçicilərlə görüşüb (FOTO)Cavanşir Feyziyev Baş Küngüt və Aşağı Küngüt kəndlərində seçicilərlə görüşüb (FOTO)Cavanşir Feyziyev Baş Küngüt və Aşağı Küngüt kəndlərində seçicilərlə görüşüb (FOTO)Cavanşir Feyziyev Baş Küngüt və Aşağı Küngüt kəndlərində seçicilərlə görüşüb (FOTO)Cavanşir Feyziyev Baş Küngüt və Aşağı Küngüt kəndlərində seçicilərlə görüşüb (FOTO)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2024    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
 Valyuta məzənnəsi