xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Prezident Qaradağda açılışda - Fotolar 
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 

Oraban və Baş Kəldək sakinlərindən Cavanşır Feyziyevə dəstək – FOTOLAR

4-02-2020, 11:51 198 dəfə baxılıb

Oraban və Baş Kəldək sakinlərindən Cavanşır Feyziyevə dəstək – FOTOLAR


115 saylı Şəki seçki dairəsindən deputatlığa namizəd Cavanşir Feyziyev növbəti görüşlərini Oraban və Baş Kəldək kəndlərində keçirib.

Deputatlığa namizədin səlahiyyətli nümayəndəsi, əməkdar jurnalist Akif Salam keçən 4 il ərzində deputatın fəaliyyəti haqqında seçicilərə məlumat verib.

Daha sonra çıxış edən kənd sakinləri son 9 il ərzində istənilən vaxt Cavanşır Feyziyevlə sıx-sıx görüşdüklərini, elektron poçt və ya telefon zəngi vasitəsilə çox asanlıqla əlaqə saxladıqlarını və qaldırdıqları məsələlərin həlli ilə bağlı hər zaman deputatdan dəstək aldıqlarını bildiriblər.

Onlar həmçinin pay torpaqlarının becərilməsi ilə bağlı rastlaşdıqları çətinliklər haqqında deputata məlumat veriblər və müvafiq kömək göstərilməsini xahiş ediblər.

Deputatlığa namizəd Cavanşır Feyziyev ölkədə aparılan islahatlardan, vətəndaşlara göstərilən xidmət səviyyəsinin yüksəlməsindən, icbari tibbi sığortanın Şəkidə tətbiqinə başlanılmasından, xüsusilə aqrar sahədə fermerlərə göstərilən dövlət dəstəyindən geniş söz açıb.

O, eləcə də dünyada ölkəmizin nüfuzunun yüksəlməsindən danışaraq sakinləri qarşıdan gələn seçkilərdə fəal iştirak etməyə çağırdı.

Cavanşir Feyziyevi böyük coşqu ilə qarşılayan kənd sakinləri keçən 9 il ərzində onun fəaliyyətindən razı qaldıqlarını və qarşıdan gələn seçkilərdə də bir daha onun namizədliyini dəstəkləyəcəklərini bildirdilər.

Oraban və Baş Kəldək sakinlərindən Cavanşır Feyziyevə dəstək – FOTOLAROraban və Baş Kəldək sakinlərindən Cavanşır Feyziyevə dəstək – FOTOLAROraban və Baş Kəldək sakinlərindən Cavanşır Feyziyevə dəstək – FOTOLAROraban və Baş Kəldək sakinlərindən Cavanşır Feyziyevə dəstək – FOTOLAROraban və Baş Kəldək sakinlərindən Cavanşır Feyziyevə dəstək – FOTOLAROraban və Baş Kəldək sakinlərindən Cavanşır Feyziyevə dəstək – FOTOLAR






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi