xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:07 – Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib 
  • 19:13 – Dövlət Agentliyinin hərbi qulluqçularının maaşları artırılıb 
  • 14:55 – Azərbaycan Prezidenti İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul edib 
  • 14:17 – Sumqayıt şəhər icra hakimiyyəti ilə bələdiyyəni birləşdirən ilginc faktlar // FOTO+VİDEO 

Adil Xudadatovdan bələdiyyə seçkilərinə təxribat: Sumqayıtlı oliqarx indidən özünü sədr elan edib

27-01-2025, 14:10 15 dəfə baxılıb

Adil Xudadatovdan bələdiyyə seçkilərinə təxribat: Sumqayıtlı oliqarx indidən özünü sədr elan edib


29 yanvar bələdiyyə seçkiləri yaxınlaşdıqca ayrı-ayrı bölgələrdə oliqarxların fəallığı da artıb.

Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə ölkənin ən böyük bələdiyyəsi olan Sumqayıt bələdiyyəsi uğrunda ciddi mübarizə başlanıb. Bu sırada uzun müddətdir adı ölkə mediasından düşməyən, hazırda Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq şöbəsinin müdiri vəzifəsində Adil Xudadatov daha iddialı görünür. Mənbənin məlumatına görə A.Xudadatov artıq bu məsələni bütün dairələrlə həll etdiyini belə açıq şəkildə bildirir. Əlbəttə, seçkidən öncə belə bir bəyanat ilk olaraq seçki şəffaflığına kölgə salmaqdır. Digər tərəfdən tərcümeyi halı qalmaqallarla dolu olan bir şəxsə Sumqayıt sakinlərinin səs verəcəyi inandırıcı görünmür.Bir vaxtlar “Kamaz” markalı yük maşınının sürücüsü olan sözügedən şəxs gözlənilmədən Abşeron İcra Hakimiyyətində yüksək vəzifəyə gətirilib. Bu dəstəyin ona hansı səbəbdən və məqsəddən dolayı verildiyi məlum deyil.

Abşeron macəraları və Sumqayıta transfer

Xudadatov Abşerona Memarlıq Şöbəsinə rəhbərlik edərkən, çıxmadığı oyun qalmayıb. Abşeron rayonunda daş-daş üstünə qoyan şəxs mütləq Adil Xudadatovu görməliydi, əks təqdirdə, qoyulan daş sahibinin başına partlamış olardı. A.Xudadatovun vəzifəyə gətirilməsinin maraqlı tarixçəsi ilə bağlı məlumat daxil olub. Zakir Fərəcov Abşeronda icra başçısı işlədiyi dönəmdə bu şəxsi Memarlıq şöbəsində vəzifəyə gətirmişdi. Lakin bir müddət keçəndən sonra Adil Xudadatov başçının qəzəbinə gəldi və həbs edildi. Sakinlərin bildirdiyinə görə Zakir Fərəcovun onu həbs etdirməsi şəxsi münasibətləri ilə bağlı olub. Adil Xudadatovla qeyri-rəsmi qohum olan icra başçısı istəyinə çatandan sonra onu həbsdən azad edib və Sumqayıt İcra Hakimiyyətində mühüm vəzifə ilə təmin edib. Zakir Fərəcovla araları düzələndən sonra bu dəfə o, Sumqayıt İcra Hakimiyyətin başçısının müavini təyin edilir.



Lakin bu postda onun cəmi bir ay duruş gətirdiyi deyilir. Hansısa hadisə baş verdiyindən Xudadatov vəzifədən çıxarılır. Amma işsiz qalmır. Bu dəfə onu Şəhər İcra Hakimiyyətinin Memarlıq Şöbəsinin başına keçirirlər. Sumqayıtdan verilən məlumata görə, şöbə müdiri şəhərdə fəaliyyət göstərən iş adamları, sahibkarları, tikinti ilə məşğul olanları məcburi qaydada pul köçrməyə cəlb edir. Yəni, onları məcbur edir ki, koronavirusla bağlı müxtəlif hesablara pul köçürsünlər.

Xudadatov bütün bunlara rəğmən, hər yerə səs salıb ki, tezliklə daha samballı vəzifəyə, yəni bələdiyyəı sədrliyinə təyinat alacaq.
Diplom müəmması



Ən maraqlı məqam diplom məsələsi ilə bağlıdır. Adil Xudadatovun şəxsi işində onun iki ali məktəb bitirdiyi qeyd olunub. Maraqlıdır ki, hər iki ali məktəb Rusiyada fəaliyyət göstərir. Onlardan biri də Dağıstandakı “universitet” hesab olunur. Maraqlıdır ki, “Kamaz” sürücüsü olan bir şəxs qısa müddətdə iki ali məktəbi necə bitirə bilib? Yəni, Adil Xudadatov o qədər istedadlı və vunderkind biridir ki, bir universitetlə kifayətlənməyib, ikincisində də oxumağa nail olub? Hər halda bunlar açıq suallardır.

Təbii ki, bizim Adil Xudadatovun diplomunun saxta olub, olmadığını müəyyən etmək imkanımız yoxdur. Bunu Təhsil Nazirliyi və əlaqəli qurumlar araşdırmalıdırlar. Hər halda ölkənin üçüncü ən böyük şəhərində önəmli postlardan birini tutan şəxsin saxta diplomlu olub, olmaması ciddi məsələdir.

Sahibkarlarla borc “razborkası”


Sumqayıtda bir qrup sahibkarın icra hakimiyyəti tərəfindən pullarının ödənilməməsində də A.Xudadatovun adı keçir. Sahibkarların dediyinə görə, Zakir Fərəcov borcun qaytarılması məsələsini Sumqayıt Şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri Adil Xudadatova tapşırıb.
Şəhərin baş memarı da iş adamları ilə görüşərək, onlara söz verib ki, qısa zamanda borcların bağlanmasını təmin edəcək. Lakin iki aydan çoxdur ki, nə sahibkarlar, nə də fəhlələr ondan bir qəpik pul ala bilirlər. “Adil Xudadatov bizə deyir ki, Memarlıq və Tikinti Komitəsi onun səlahiyyətlərini əlindən alıb. Ona görə də, şəhərdən pul yığa bilmir. Bir gün deyir ki, işçilərimi göndərmişəm əraziyə pul yığmağa. Bir gün bəhanə edir ki, lazımı qədər pul yığa bilmir, əlində olanı da şəhərdəki işlərə sərf edir. Bizə maraqlıdır, Adil Xudadatov hansı səlahiyyət və hüququla pul yığır? Məgər bu qanunla qadağan olunmayıbmı? Memarlıq və Tikinti Komitəsi hara baxır ki, bu adam əhalidən, obyektlərdən pul yığır?”.




İş adamları deyirlər ki, onlar halal haqlarını tələb edirlər və Xudadatovun hərəkətləri də məhz bəhanələrdən başqa bir şey deyil. “Biz Sumqayıt şəhərində abadlıq və yenidənqurma işləri görmüşük”.

Sumqayıt binaları təhlükə mənbəyinə çevrilib

İş adamları və şəhər sakinlərinin dediyinə görə, Adil Xudadatov Sumqayıtda bütün abadlıq və tikinti işlərinə nəzarət edib. Elə Abşerondakı kimi fəaliyyətinə davam edib. Hətta səlahiyyətlərinin və imkanlarının çoxluğu səbəbindən özünü Arxitektura Komitəsinin nümayəndəsi kimi təqdim etməkdən də çəkinməyib.

İddia olunur ki, Sumqayıt şəhərində aparılmış bütün qanunsuz tikintilərə “icazəni” birbaşa A. Xudadatov verir. Hətta özünün səlahiyyəti çatmadığı tikinti işlərinə də müdaxilə etmək, icazə almaq kimi məsələləri də yalnız Baş memar həll edir. Yəni sistem elə qurulub ki, Baş memarın şifahi və yaxud da yazılı rəyi olmadan Sumqayıtda iş görmək müşkülə çevrilib.

A.Xudadatovun adı həm də köhnə binaları zədələyərək, əlavə qapıların açılması, yaşayış binalarının birinci mərtəbələrinin obyektlərə çevirmək üçün konstruksiya dəyişiklilərində də hallanır. Bu da bəzən ikinci, üçüncü mərtəbələrdə yaşayan sakinlərin haqlı narazılıqlarına səbəb olur. Çünki konstruksiya dəyişikliləri bəzən köhnə binaların zədələnməsinə, yük saxlamaq gücünün zəifləməsinə səbəb olur. Və yaxud da bu kimi dəyişikliklər nəticəsində açılan obyektlər yaşayış binasının funksiyası ilə tərs-mütənasiblik təşkil edir. Belə olan halda da bina sakinlərinin narazılıqları baş qaldırır.

Milyonluq kapital

A.Xudadatovun fəaliyyəti onun zəngin bir adama çevrib. İddia olunur ki, o, özünün və yaxınlarının adına rəsmiləşdirilmiş milyonluq daşınmaz əmlaklara sahibdir. Şikayətçilər A. Xudadatova məxsus olan obyektlərin siyahısı və fotoları ölkə mediasında yayılıb.Onların bəzilərini təqdim edirik:
1. Bakı şəhəri, 28 may küçəsi, “Neptun” marketin üstündə yerləşən mənzillər;

2. AAFF Yaşayış Kompleksində mənzillər;

3. Sumqayıt şəhəri, 21-ci məhəllədə villalar;

4. Sumqayıt Memarlıq İdarəsinin qarşısındakı 14 mərtəbəli binanın yaxınlığında yeni tikilən 4 mərtəbəli bina.

5. Yenə eyni ünvanda “Repaprik Pab” (icarədə);

6. 43-cü məhəllədə “Kammet” klinikasının yanında tikilməkdə olan 5 mərtəbəli bina;

7. Sumqayıt şəhəri, 11-ci mikrorayonda yerləşən mebel mağazası (icarədə);






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ocak 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
 Valyuta məzənnəsi