Nizami Hacıyev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır
Xezerinformasiya.com saytı olaraq Gəncə şəhəri Nizami rayonunda görülən abadlıq-quruculuq işləri ilə tanış olduq. Qəflətən Gəncə şəhəri Nizami rayonuna getməkdə məqsədimiz görülən işləri Xezerinformasiya.com saytında işıqlandırmaq idi.
Bəli, Gəncə şəhəri Nizami rayonu təbiət baxımından ən mühim rayonlardan hesab edilir. Buda səbəbsiz deyil ki, Ulu Öndər Heydər Əliyev rayon haqqında hər zaman yüksək fikirlər səsləndirib.
Son günlər Gəncə şəhəri Nizami rayonunda alqışa layiq işlərin görülməsi bir növ rayon sakinlərinin böyük sevincinə səbəb oldu. Bunlardan əlavə ölkə başçısının rayona olan diqqət və qağısı görülən işlərin bariz nümünəsidir. Etiraf edək ki, Gəncə şəhəri Nizami rayonu cənnətməkana çevrilməklə digər rayon sakinlərini buradakı tərəqqiyə dövlət başçısı tərəfindən verilən yüksək qiymətdən məmnundur.
Bəli, bu gündə Gəncə şəhəri Nizami rayonunda görülən işlər yüksək qiymətləndirilir. Əlbətdə ki, buda Gəncə şəhəri Nizami rayonunun icra başçısı Nizami Hacıyevin tələbkarlığından irəli gəlir. Təəsüflər olsun ki, bəzi quvvələr rayonda ən yüksək səviyyədə göyülən işlərə kölgə salmaq üçün müəyyən metotdlardan istifadə etməyə çalışırlar. Lakin unutmaq lazım deyil ki, rayona el ağsaqqalı təyin olunan Nizami müəllim bütün maneələri dəf edərək rayonun daha da abadlaşması üçün əlindən gələni əsirgəmədi.
Nizami Hacıyev 1961-ci ildə Gəncə şəhərində qulluqçu ailəsində anadan olub. 1968-ci ildə Gəncə şəhər 20 nömrəli dəmiryol orta məktəbin birinci sinfinə daxil olub, 1976-cı ildə təhsilini Şəmkir rayonu Nizami adına orta məktəbdə davam etdirib, 1978-ci ildə həmin məktəbin onuncu sinfini bitirib.
O, 1978-ci ildə Gəncə şəhəri Çini qablar zavodunda trafaretçi, 1979-cu ilin may ayından sentyabr ayına kimi Şəmkir rayonu Əzizbəyov adına sovxozda fəhlə işləyib.
1979-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun meyvə-tərəvəzçilik və üzümçülük fakültəsinə daxil olub, 1984-cü ildə həmin institutu bitirib alim-aqronom ixtisasını alıb, sonradan ADAU-nun ümumi iqtisadiyyat fakültəsini bitirib.
N.Hacıyev 1984-1987-ci illərdə əmək fəaliyyətini Şəmkir rayonu Kirov adına sovxozda davam etdirib, 1987-ci ilin iyulunda AKTİ-nin botanika kafedrasının nəzdində geobotaniki ekspedisiyada mühəndis botanik, 1988-ci ildə botanika kafedrasında stajor-müəllim vəzifələrində çalışıb.
1989-cu ildə aspiranturaya qəbul olub, 1992-ci ildə aspiranturanı bitirib. Həmin vaxtdan botanika kafedrasında laborant işləyib.
1993-cü ildə Gəncə Şəhəri Nizami Rayonu İcra Hakimiyyəti başçısı aparatında inspektor, həddi-bulluğa çatmayanların işləri üzrə təlimatçı vəzifələrində çalışıb, 1994-cü ilin aprel ayında Gəncə Şəhəri İcra Hakimiyyəti başçısı Aparatının humanitar məsələlər şöbəsində məsləhətçi, 1997-ci ildə həmin şöbədə böyük məsləhətçi vəzifəsində fəaliyyətini davam etdirib.
1999-cu ildə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Təhsil, Səhiyyə və Mədəniyyət şöbəsində böyük referent, 12 may 2003-cü ildən 16 mart 2012-ci ilədək Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Təhsil, Səhiyyə və Mədəniyyət bölməsində baş məsləhətçi vəzifəsində çalışıb.
1995-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2012-ci il tarixli 2301 №-li sərəncamı ilə "Dövlət qulluğunda fərqlənmyə görə" medalı ilə təltif edilib.
Bu təyinatadək Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsində işləyib.
Nizami Hacıyev heç zaman mənəm-mənəm deməyib, o, sadəcə öz vəzifələrini yüksək səviyyədə yerinə yetirib!
Ümumilli Lider Heydər Əliyevin miras qoyduğu siyası kursa sadiqliyi ilə seçilir Nizami Hacıyev. İlk gündən rayon sakinlərinin problemləri istiqamətində lazımı addımlar atmaqla bir daha ona göstərilən etimadı doğrulacağına işarə vurdu. Bütün bunları qeyd etməkdə məqsədimiz ondan ibarədir ki, bəzi sayt rəhbərləri ya ağı-qaradan seçə bilmir, ya da bilərəkdən rayon rəhbərliyinin ünvanına qəbuledilməz yazılar dərc edirlər. Xezerinformasiya.com-un apardığı araşdırmalarna görə Gəncə şəhəri Nizami rayonunda həyat öz axarı ilə davam edir. Rayonun yolları asvalt döşəmələri ilə döşənir. Sakinlərin sosial problemlərinin həlli istiqamətində lazımı qurumlar işlər görür.