xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:56 – Prezidentdən qurultay iştirakçılarına - Müraciət 
  • 12:03 – Prezident həmkarını qarşıladı - Fotolar 
  • 09:27 – İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir 
  • 12:04 – İlham Əliyev Antalyada Moldova Prezidenti ilə görüşüb 

Tələbələrə ŞAD XƏBƏR — Təqaüdlərin ödənilməsində YENİLİK

31-08-2019, 12:44 81 dəfə baxılıb

Tələbələrə ŞAD XƏBƏR — Təqaüdlərin ödənilməsində YENİLİK

Nazirlər Kabineti “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”nda dəyişiklik edib.
İndiyədək mövcud olan qaydalara görə, bu qayda Azərbaycan Respublikasının elmi müəssisə və təşkilatlarında, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində əyani formada təhsil alan Azərbaycanın vətəndaşlarına şamil edilirdi.

Yeni dəyişikliklərə görə isə bu qayda Azərbaycanın elmi müəssisə və təşkilatlarında, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində əyani formada təhsil alan Azərbaycanın vətəndaşlarına və Azərbaycanda daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslərə şamil edilir. Dövlət tərəfindən müəyyən edilmiş təhsil qrantı proqramları çərçivəsində təhsil alan əcnəbi və vətəndaşlığı olmayan şəxslərə təqaüdlərin təyin olunması və ödənilməsi həmin təhsil qrantlarının verilməsi qaydaları ilə tənzimlənir. Azərbaycanın beynəlxalq müqavilələrində başqa qayda nəzərdə tutulmadıqda, həmin müqavilələrə əsasən təhsil alan əcnəbi və vətəndaşlığı olmayan şəxslər üçün təqaüdlər onların faktiki sayına bərabər miqdarda təyin olunur və bu Qaydaya (1.9-cu, 2.4-2.5-ci, 2.7-2.15-ci bəndlər istisna olmaqla) uyğun olaraq ödənilir.

Qaydanın indiyədək olan variantına əsasən, ali təhsil müəssisəsində əlavə təqaüd yerlərinin ixtisaslar üzrə bölgüsü hər bir ixtisas üzrə qəbul olunmuş təhsilalanların sayının həmin ali təhsil müəssisəsinə qəbul olunmuş təhsilalanların ümumi sayında xüsusi çəkisinə uyğun aparılıdır.
Yeni dəyişikliklərə əsasən isə ali təhsil müəssisəsində əlavə təqaüd yerlərinin ixtisaslar üzrə bölgüsü hər bir ixtisas üzrə ödənişli əsaslarla qəbul olunmuş təhsilalanların sayının həmin ali təhsil müəssisəsinə ödənişli əsaslarla qəbul olunmuş təhsilalanların ümumi sayında xüsusi çəkisinə uyğun aparılacaq.

Bu qərar 2019-cu il 1 iyul tarixindən tətbiq edilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi