xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Şərəfli vəzifəyə yiyələnən Abdulla Tağıyev bu işin müqəddəsliyini qoruyub saxlayır

23-10-2022, 22:51 158 dəfə baxılıb

Şərəfli vəzifəyə yiyələnən Abdulla Tağıyev bu işin müqəddəsliyini qoruyub saxlayır


Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi “SOCAR Petroleum” QSC-nin baş direktoru Abdulla Tağıyevin keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

“SOCAR Petroleum” QSC-nin baş direktoru Abdulla Tağıyev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Abdulla Tağıyev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, “SOCAR Petroleum” QSC-nin baş direktoru Abdulla Tağıyevə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, “SOCAR Petroleum” QSC-nin baş direktoru Abdulla Tağıyevdir.

“SOCAR Petroleum” QSC-nin baş direktoru Abdulla Tağıyev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Abdulla Tağıyev bu işin müqəddəsliyini qoruyub saxlayır. Abdulla Tağıyev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Abdulla Tağıyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Abdulla Tağıyev böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Abdulla Tağıyev yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Abdulla Tağıyevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Abdulla Tağıyev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Abdulla Tağıyev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun “SOCAR Petroleum” QSC-nin baş direktoru kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Abdulla Tağıyev özünü doğruldub. Bizdə hörmətli Abdulla Tağıyevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Şərəfli vəzifəyə yiyələnən Abdulla Tağıyev bu işin müqəddəsliyini qoruyub saxlayırŞərəfli vəzifəyə yiyələnən Abdulla Tağıyev bu işin müqəddəsliyini qoruyub saxlayırŞərəfli vəzifəyə yiyələnən Abdulla Tağıyev bu işin müqəddəsliyini qoruyub saxlayırŞərəfli vəzifəyə yiyələnən Abdulla Tağıyev bu işin müqəddəsliyini qoruyub saxlayırŞərəfli vəzifəyə yiyələnən Abdulla Tağıyev bu işin müqəddəsliyini qoruyub saxlayırŞərəfli vəzifəyə yiyələnən Abdulla Tağıyev bu işin müqəddəsliyini qoruyub saxlayırŞərəfli vəzifəyə yiyələnən Abdulla Tağıyev bu işin müqəddəsliyini qoruyub saxlayır
Şərəfli vəzifəyə yiyələnən Abdulla Tağıyev bu işin müqəddəsliyini qoruyub saxlayır


“SOCAR Petroleum” QSC-nin baş direktoru Abdulla Tağıyev - Ölkəmizin tarixində çox əlamətdar hadisə olan Zəngilan Beynəlxalq Hava Limanının açılışı məhz rayonun işğaldan azad olunmasının ikinci ilinin tamamında baş tutdu. Vətən müharibəsinin ilk saatlarından Azərbaycanın yanında olduğunu bəyan edən qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın hava limanının açılışında iştirak etməsi ölkələrimizin birliyinin və qardaşlığının təntənəsdir.

Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimindən sonra Cəbrayıl şəhərində dövlət başçılarının mətbuata verdikləri birgə bəyanat zamanı Prezident İlham Əliyev bildirdi ki, Türkiyə Prezidentinin Azərbaycanda, Zəngilanda və Cəbrayılda olması xüsusi məna daşıyır. Ölkəmizin inamlı qələbəsinə diqqət çəkən Prezident İlham Əliyev iki il öncə Zəngilan azad olunduqdan bir neçə gün sonra Qubadlının erməni işğalından azad edildiyini və Azərbaycan Ordusunun bir qruplaşmasının Laçın, digər qruplaşmasının isə Şuşaya istiqamətləndiyini xatırlatdı. Noyabrın 8-də alınmaz qala sayılan Şuşa erməni işğalından azad edilmiş, Azərbaycan Bayrağı qaldırılmış və ondan sonra Ermənistan təslim olmuşdu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev bu şanlı tarixi Azərbaycan və Türkiyənin müştərək tarixi olduğunu qeyd etdi. Qardaş Türkiyənin ölkəmizə siyasi və mənəvi dəstəyi savaşın son gününə qədər davam etdi. Türkiyə-Azərbaycan birliyi bu gün isə bərpa edilən Qarabağ və Zəngəzurda yenə də görünür. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Ölkə başçısı İlham Əliyev bildirdi ki, inşaat və yol çəkilişi işlərində Türkiyə şirkətləri bizimlə bərabər çalışır. Qısa müddət ərzində Türkiyə şirkətləri tərəfindən böyük işlər görülüb. Avtomobil və dəmir yolları çəkilir, ümumi uzunluğu 50 kilometrdən çox olan 33 tunel, habelə ümumi uzunluğu 12 kilometr olan 84 körpü tikiləcək. Bu işlərin bir qisminin artıq inşa edildiyini bildirən Prezident İlham Əliyev Qarabağı və Şərqi Zəngəzuru tam bərpa etmək üçün daha böyük işlərin görüləcəyini bildirdi. Bölgənin ilk özəl sərmayəsi olan “Dost Aqropark”ı da xüsuisilə qeyd olundu.

Şərəfli vəzifəyə yiyələnən Abdulla Tağıyev bu işin müqəddəsliyini qoruyub saxlayır


Mətbuata bəyanatında ölkə başçısı erməni vandalizminin miqyası haqqında danışarkən vurğuladı ki, işğal dövründə ermənilər bütün şəhərlərimizi, kəndlərimizi yerlə bir etmişlər. Yalnız dağılmış binalar qalıb. Bu dağıntılar Birinci Qarabağ savaşında deyil, məhz işğal dövründə ermənilər tərəfindən törədilmişdir. Bunun əsas məqsədi ondan ibarət idi ki, azərbaycanlılar heç vaxt bu torpaqlara qayıtmasınlar, qayıtmağa yer olmasın. Lakin ermənilərin düşündüyü kimi olmadı, artıq ərazilərimiz işğaldan azad olunub və bütün keçmiş məcburi köçkünlər doğma yurdlarına qayıdacaqlar. Keçmiş qaçqınların qayıdışı üçün dövlətimiz hər nə lazımdırsa edir, gecə-gündüz davamlı olaraq həyata keçirilən bərpa-quruculuq işlərində türk şirkətləri də yaxından iştirak edirlər.

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanın Zəngilan və Cəbrayıla səfərini, hava limanının açılışında iştirakını Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təntənəsi adlandırdı. Azərbaycanın qardaş Türkiyə kimi qüdrətli dostunun olması ölkəmiz üçün böyük xoşbəxtlikdir. Bu birlik İkinci Qarabağ savaşı zamanı bəzi qüvvələrin müdaxiləsinin qabağını aldı və savaşdan sonrakı dövr Türkiyə-Azərbaycan birliyini daha da gücləndirdi. Türkiyə-Azərbaycan qardaşlığı, birliyi daha da yüksək pilləyə qalxdı. Şuşa Bəyannaməsinin imzalanması bunu sübut edən ən əsas amildir. Məhz Şuşa Bəyannaməsi ilə Türkiyə və Azərbaycanı rəsmən müttəfiq oldular. Bütün sahələrdə müttəfiq olan Türkiyə-Azərbaycan birliyi bölgədə çox önəmli bir amildir. Bu, sülh, sabitlik amilidir.

Prezident İlham Əliyev qardaş Türkiyənin son illər böyük uğurlu yol keçərək dünya çapında güc mərkəzinə çevrildiyinə diqqət çəkdi. Türkiyədəki sabitlik, inkişaf göz qabağındadır. Bu gün dünyanın bir çox ölkələrində böhran yaşanır, ölkələr idarəolunmaz vəziyyətə düşür, iqtisadi çətinliklər, sıxıntılar insanların haqlı etirazına səbəb olur. İnamla irəliləyən, nəhəng layihələr gerçəkləşdirən Türkiyə isə bölgədə söz sahibi, dünyada önəmli güc mərkəzidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi