xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Avropa İttifaqı ilə bir sıra istiqamətlər üzrə çox fəal əməkdaşlıq aparılır

10-10-2022, 12:16 86 dəfə baxılıb

Avropa İttifaqı ilə bir sıra istiqamətlər üzrə çox fəal əməkdaşlıq aparılır



Azərbaycanla Avropa İttifaqı əməkdaşlığının uzun tarixi var. Respublikamız dövlət müstəqilliyini bərpa etdikdən sonra nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığı prioritet vəzifə kimi qarşıya qoymuşdur. Avropa və Asiyanın kəsişmə nöqtəsində yerləşən ölkəmiz strateji mövqeyini möhkəmləndirmək üçün Avropa İttifaqına üzv dövlətlərlə siyasi və iqtisadi münasibətləri inkişaf etdirməyə böyük üstünlük vermişdir. Bu əməkdaşlıq ölkəmizin starteji mövqeyinin möhkəmləndirilməsi baxımından çox zəruri idi.
Ötən əsrin sonlarında müstəqilliyini bərpa edən Azərbaycan istər qon¬şu, istərsə də digər xarici ölkələrlə, o cümlədən beynəlxalq təşkilatlarla heç bir münasibəti olmayan, təcrübəsiz dövlət idi. O vaxt – 1991-ci ildə Azərbaycan təkcə siyasi deyil, həm də iqtisadi blokadada, başqa sözlə, təcriddə idi. Lakin müstəqilliyin bərpa edilməsindən bir müddət sonra Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər daim yüksələn templə davam etmiş, iqtisadi-siyasi islahatlara dəstək, Şərq–Qərb nəqliyyat dəhlizinin yaradılması, kommu¬nikasiyalar infrastrukturunun inkişafı kimi sahələr üzrə daha da möhkəmlənmişdir.
Qeyd etmək vacibdir ki, ölkəmiz üçün bir çox sahələrdə olduğu kimi, Avropa İttifaqı ilə münasibətlərin inkişafı məsələsində də əsas dönüş nöqtəsi ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra olmuşdur. Ümummilli liderimiz Avropa İttifaqı ilə münasibətlərin inkişaf etdirilməsinin ölkəmizin həm bugünü, həm də saba¬hı üçün ən önəmli məsələlərdən biri olduğunu başa düşərək, bu əlaqələrin inkişafına xüsusi diqqət yetirmişdir. Məhz həmin diqqətin nəticəsində Aİ ilə olan münasibətlərin genişləndirilməsi Azərbaycanın xarici siyasət kursunun ən önəmli istiqamətlərindən birinə çevril¬mişdir. 1993-cü ildən Azərbaycan dövlətinin xarici siyasətində Avropaya inteqrasiya prioritet istiqamətə çevrilmiş və bu kontekstdə beynəlxalq təşkilat kimi Avropa İttifaqı ilə fəal əməkdaşlığa başlanmışdır. Avropa və Asiyanın kəsişmə nöqtəsində yerləşən Azərbaycanın strateji mövqeyi Avropa İttifaqına üzv dövlətlərin də eyni zamanda, ölkəmizlə siyasi və iqtisadi münasibətləri inkişaf etdirmək marağını daha da artırmışdır.
Azərbaycan-Avropa İttifaqı əlaqələri xüsusi proqramlar çərçivəsində qurulmuş və müxtəlif sahələr üzrə: iqtisadi və sosial islahatlara yardım, Şərq-Qərb nəqliyyat-kommunikasiya (TRASEKA) dəhlizinin yaradılması, infrastrukturların inkişafı və s. istiqamətlərdə aparılır.
SSRİ süqut etdikdən sonra, 1991-ci ildə Avropa İttifaqı yeni müstəqil dövlətlərə texniki yardım və ekspert köməyi vasitəsilə demokratik islahatlar keçirmək, bazar iqtisadiyyatı infrastrukturlarını yaratmaq, ölkələr arasında ticarət, nəqliyyat, gömrük işlərini inkişaf etdirmək üçün xüsusi TASİS proqramı hazırlamışdır. TASİS proqramının Azərbaycanla bağlı hissəsində əməkdaşlığın üç əsas istiqamətinə üstünlük verilir: infrastruktur, özəl sektor və insan resurslarının inkişafı. Bundan başqa, TASİS-in Azərbaycanla əlaqədar əsas çoxtərəfli şəbəkə layihələri mövcuddur. Bunlar 1995-ci ildən başlayaraq ali təhsil müəssisələrinə və onların əməkdaşlarına yardım göstərən TEMPUS proqramı, neft və qaz kəmərləri sisteminin regional inteqrasiyasını təmin etmək məqsədilə yaradılan İNOQEYT proqramı və TRASEKA-dır.
Hazırda Avropa İttifaqının regionda həyata keçirdiyi yeni qonşuluq siyasəti layihəsinin əsas məqsədi Cənubi Qafqaz dövlətlərinin siyasi, iqtisadi cəhətdən Avropa dəyərlərinə yaxınlaşmasını sürətləndirməkdən ibarətdir. Təbii ki, Cənubi Qafqaz ölkələri də bu məsələdə maraqlıdırlar və Avropa İttifaqı ilə ikitərəfli münasibətləri genişləndirməyə çalışırlar.
Bu gün Cənubi Qafqazın lider dövləti olaraq Azərbaycanla münasibətlərin gücləndirilməsi Avropa İttifaqı üçün də regionla əlaqələrin genişləndirilməsi ba¬xımından mühüm əhəmiyyət kəsb edir. Qeyd edək ki, 44 gün davam edən II Qa¬rabağ müharibəsində əldə edilən Zəfər həm Avropa İttifaqını, həm də digər nüfuzlu beynəlxalq təşkilatları Azərbaycanla əlaqələrin gücləndirilməsinə daha da həvəsləndirib. Belə ki, bütün xarici dövlət və təşkilatlar başa düşürlər ki, regionda reallaşdırıla¬caq hər hansısa bir layihə Azərbaycanın dəstəyi, razılığı olmadan həyata keçirilə bilməz. Bununla yanaşı, torpaqlarımızın işğaldan azad edilməsi ilə yeni nəqliyyat, kommunikasiya, logistika imkanları yaranmışdır ki, bu da əməkdaşlığın inkişafı üçün çox vacibdir.
Belə nəticəyə gəlmək mümkündür ki, Azərbaycanla münasibətlərin yaxşılaşdırılması həm Avropa İttifaqı ilə region arasında olan münasibətləri genişləndirəcək, həm də ümumilikdə Cənubi Qafqazın gələcək in¬kişafı üçün olduqca vacib amildir.



Elnur Qəniyev,
Salyan rayon Aşağı Noxudlu kənd inzibati ərazi
dairəsi üzrə nümayəndənin müavini, YAP fəalı






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi