xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

İbrahim Cəfərov: Vətən Müharibəsində tarixi Zəfərimiz regionda yeni siyasi-iqtisadi perspektivlər açır

21-12-2020, 14:38 340 dəfə baxılıb

İbrahim Cəfərov: Vətən Müharibəsində tarixi Zəfərimiz regionda yeni siyasi-iqtisadi perspektivlər açır


ADAU-da “Azərbaycanda tütünçülük: nəticələr, perspektivlər” mövzusunda onlayn elmi-praktik konfrans keçirilib

2020-ci il dekabrın 15-də Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Əkinçilik Elmi Tədqiqat İnstitutunun birgə təşkilatçılığı, eləcə də “Azərtütün ASK” MMC-nin mütəxəssislərinin iştirakı ilə “Azərbaycanda tütünçülük: nəticələr, perspektivlər” mövzusunda onlayn elmi-praktik konfrans keçirilib.

Konfransın məqsədinin Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “2017-2021-ci illərdə Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair Dövlət Proqramı”nın müvafiq bəndlərindən irəli gələn vəzifələrin yerinə yetirilməsi vəziyyətinin müzakirəsi, sahənin inkişafı məqsədilə həyata keçirilən sistemli tədbirlərin qiymətləndirilməsi və elmi cəhətdən əsaslandırılmış təkliflərin verilməsindən ibarət olduğu diqqətə çatdırılıb.

İlk olaraq ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov çıxış edərək Dövlət Proqramının icrası müddətində universitetdə görülmüş işlər barəsində ətraflı məlumat verib. ADAU-da kadr hazırlığı məsələləri, tütünçülüyün elmi əsaslarla təşkili və fermerlərə göstərilən Aqrar Məsləhət Xidmətindən geniş bəhs edib.

Növbəti çıxışda Əkinçilik Elmi Tədqiqat İnstitutunun əməkdaşı, dosent Sevinc Məmmədova aparılan tədqiqat işləri, yaradılmış tütün sortları, Azərbaycanda tütünçülük ənənələri və genofond barədə məlumatları ətraflı təqdimat edib.

Məruzəçilərdən “Azərtütün ASK” MMC-nin baş aqronomu Hacı Hacıyev, baş texnoloqu Mərdan Qasımov tütünçülük sahəsində Azərbaycanda və dünyada mövcud vəziyyət, qlobal iqlim dəyişmələri şəraitində tütünçülük təsərrüfatlarında fəaliyyətlərin təşkili, tütün və tütün məhsullarının iqtisadi əhəmiyyəti, tütünçülükdə innovativ texnologiyaların tətbiqi, milli brendlərin yaradılması, rəqabət qabiliyyətinin və məhsul ixracının artırılması istiqamətində müəssisədə görülmüş işləri tədbir iştirakçılarının nəzərinə çatdırıblar.

ADAU-nun professoru Firuddin Qurbanov çıxışında işğaldan azad olunmuş ərazilərdə tütün istehsalının inkişafı perspektivi barəsində təkliflərini səsləndirib.

Sonra ADAU-nun Təcrübə və karyera mərkəzinin müdiri Gülnaz Əsgərzadə və mərkəzin müdir müavini Xalıq Xəlilov tələbələrin istehsalat təcrübələrinin təşkili haqqında geniş məlumat verib, müəssisələrlə imzalanmış müqavilələr barəsində təqdimat edərək gələcəkdə əməkdaşlıqların inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.

Tədbirdə çıxış edən ADAU-nun Bitki mühafizəsi kafedrasının dosenti Vüsal Məmmədov və dosent əvəzi Aytəkin Məmmədova tütün bitkisinin zərərverici və xəstəlikləri barədə fikirlərini çatdıraraq, tütünün istehsalının təşviqinə yönəlmiş təkliflərini səsləndiriblər.

ADAU-dan konfransa qoşulan Bitkiçilik kafedrasının əməkdaşları Arzu Babazadə, Elnarə Nəzərəliyeva və Gülnara Abbasova kafedranın əməkdaşları tərəfindən tütünçülüyə dair son illərdə çap olunmuş dərs vəsaiti, təlim materialları, təqdimatlar və s. materiallar barədə məlumat veriblər.

Sonda tədbir iştirakçıları qarşılıqlı marağa səbəb olan suallar ətrafında geniş fikir mübadiləsi edib.

İbrahim Cəfərov: Vətən Müharibəsində tarixi Zəfərimiz regionda yeni siyasi-iqtisadi perspektivlər açır
İbrahim Cəfərov: Vətən Müharibəsində tarixi Zəfərimiz regionda yeni siyasi-iqtisadi perspektivlər açır


ADAU-nun rektoru İbrahim Cəfərov - Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 12-də ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, ABŞ-dan olan həmsədri Endrü Şoferi, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul edib Görüşdə döqqəti cəlb edən məzmunlu çıxışı ilə Prezident İlham Əliyev düşünülmüş uzaqgörən siyasəti nəticəsində dünyanın ən təcrübəli lideri kimi həmişə haqli olduğunu bir daha təsdiq etdi.
Azərbaycan 30 ilə yaxın bir müddətdə münaqişənin dinc yolla həlli üçün bütün imkanlardan istifadə etməyə çalışsa da, məhz Minsk qrupunun səmərəsiz fəaliyyəti və Ermənistanın qeyri-konstruktiv mövqeyi uğur əldə olunmasına imkan vermədi. Uzun müddət ATƏT-in Minsk qrupunun həmsədrlərinin ikili standartlarla yanaşmalarını aydın şəkildə gördük. Lakin biz bu müddətdə həmsədrlərin təcavüzkara qarşı tamamilə loyal münasibətini müşahidə etdik. Onlar tərəfindən Azərbaycan torpaqlarının işğalı faktına qarşı heç bir ciddi, ardıcıl etiraz bildirilmədi. Təəssüf ki, bu da Ermənistanı işğalı davam etdirməyə həvəsləndirən əsas amillərdən biri oldu. Nəticədə, faşist ideologiyasını dövət strategiya və taktilası kimi qəbul edən Ermənistan yırtıcı və dağıdıcı siyasətilə Azərbaycan dövlətinə və xalqına qarşı heç bir əsası olmayan nifrəti və qisasçılıq münasibəti regionda siyasi və iqtisadi vəziyyəti otuz ildən artıq dondurdu və regionda təsəvvürolunmaz mənfi durum yaratdı. İndi bunu aradan qaldırmaq xeyli zaman və maddi vəsait tələb edəcəkdir.
Prezident İlham Əliyev Minsk qrupunun münaqişənin həllində heç bir rol oynamadığını açıq şəkildə söyləyərək bildirdi ki, münaqişəni Minsk qrupu deyil, Azərbaycan hərbi-siyasi vasitələrlə həll edib. Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub. Azərbaycan hərb meydanında Ermənistanın başını dəmir yumruqla əzməsəydi, təslim aktına könüllü imza atmayacaqdı. Ordumuzun döyüş meydanında cəsarət, ruh yüksəkliyi və peşəkarlıq nümayiş etdirməsi ermənilərin onilliklər ərzində ordularının məğlubedilməzliyi haqqında yaratdıqları mifi darmadağın edib. Vətən müharibəsində Müzəffər Azərbaycan Ordusunun layiqli tarixi Zəfəri nəinki iişğal edilmiş bütün yeddi rayonunu, həm də bütün Qarabağı azad etdi. Bu Qələbə Dövlətin, Ordunun və Xalqın möhtəşən birliyinin nəyə qadir olduğnu canlı şəkildə göstərdi və bütün dünyaya xalqımızın qəhrəmanlığını və məğrurluğunu parlaq şəkildə təsdiq etdi.
Prezident İlham Əliyev birinci Qarabağ müharibəsində Ermənistanın keçmiş rəhbərləri olan Sarkisyan və Köçəryanı hərbi cinayətkarlar adlandırdı. Bildirdi ki, bu hərbi cinayətkarlar da öz layiqli cəzalarını alacaqlar.
Eyni zamanda, son zamanlar terror aktları törətməyə cəhd edən qrupları da ciddi xəbərdar etdi və vurğuladı ki, əgər belə hallar davam edərsə, bu dəfə onlar tamamilə darmadağın ediləcəklər.
Dövlətimizin başçısı İlham Əliyev görüşdə Ermənistanın törətdiyi hərbi cinayətlərin hazırda sənədləşdirildiyini, Azərbaycanın artıq törədilən cinayət əməlləri ilə bağlı hüquqi proseduralara başladığını qeyd etdi və bildirdi ki, beynəlxalq ictimaiyyət Ermənistana birbaşa mesaj verməlidir ki, gələcəkdə heç zaman Azərbaycan xalqının hissləri ilə oynamasın, yoxsa ağır cəzadan yaxa qurtara bilməyəcəkdir.
Bu görüş bir daha göstərdi ki, ötən 28 ildə müvafiq mandata sahib olan ATƏT-in Minsk qrupunun səmərəsiz fəaliyyəti münaqişənin dinc yolla həllində heç bir rol oynamayıb. Dünya birliyı və nüfuzlu beynəlxalq təşkilatlar Minsk Qrupunun bu yanlış və uğursuz siyasi fəaliyyətindən lazımi nəticə çıxarmalı və Ermənistanın yenidən sabitliyi pozmağa cəhd etməməsi üçün ciddi nəzarət sistemiini işləyib hazırlamalı və təxirəsalmadan həyata keçirməlidirlər
Cənab Prezidentin qeyd etdiyi kimi, Vətən müharibəsinin nəticələri Azərbaycanın və regionun qarşısında yeni perspektivlər açıb. Eynı zamanda, Minsk qrupu çərçivəsində Türkiyənin proseslərə fəal qoşulmas yeni iqtisadi əməkdaşlığın yaranmasına,kommunikasiyaların açılmasına, çoxtərəfli iqtisadi əlaqələrin qurulmasına, yeni əməkdaşlıq layihələrinin gerçəkləşdirilməsinə və regionun həyatında yeni bir mərhələnin başlanmasına səbəb olacaqdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi