xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

İlham Əliyev: "Xüsusi təyinatlı qüvvələrin fəaliyyətini yüksək qiymətləndirirəm"

24-09-2021, 14:38 69 dəfə baxılıb

İlham Əliyev: "Xüsusi təyinatlı qüvvələrin fəaliyyətini yüksək qiymətləndirirəm"


"Müdafiə Nazirliyinin xüsusi təyinatlı qüvvələri (XTQ) işğal edilmiş ərazilərin azad edilməsi üzrə ən vacib əməliyyatların, xüsusilə Şuşa əməliyyatının həyata keçirilməsində həlledici rol oynadılar".

Bunu Azərbaycan Prezidenti İlham Əliyev “Nasionalnaya oborona” jurnalına eksklüziv müsahibəsində bildirib.

“Bizim XTQ-lər fədakarcasına döyüşürdülər, bir çox əməliyyatlarda ölümə gedərkən onlar həm peşəkarlıq, həm də fədakarlıq nümayiş etdirirdilər”, - dövlət başçısı deyib.

O, xüsusi təyinatlı qüvvələrə, onların təchizatına və komplektləşdirilməsinə, hərbi hazırlığına hər zaman xüsusi diqqət ayırdığını qeyd edib: “Mən dəfələrlə XTQ-nin şəxsi heyəti ilə görüşmüşdüm və əmin idim ki, ən mürəkkəb döyüş tapşırıqlarını icra etmək iqtidarında olan döyüş qabiliyyətli hissələr yaratmışıq.

Yenə də ötənilki hərbi əməliyyatlara qayıtsaq deyə bilərəm ki, ərazinin relyefi bizim üçün əlverişli deyildi. Biz demək olar ki, dağlara dırmaşmalı olurduq. Ermənistan tərəfi yüksəkliklərdə bütün əsas mövqeləri tutaraq möhkəmləndirilmiş bir neçə müdafiə xətti yaratmışdılar. Dağ relyefinin özü də bir müdafiə xəttidir, həm də çox mürəkkəb bir müdafiə xətti. Bu səbəbdən XTQ peşəkarlıq, iradə, güc və Vətən sevgisinin səbəb olduğu möcüzələr nümayiş etdirməli oldular. Ümumilikdə, xüsusi təyinatlı qüvvələrin fəaliyyətini çox yüksək qiymətləndirirəm".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi