xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Ermənistan Zəngəzuru VERMƏYƏ HAZIRDIR? - Düşmən ölkə nə istədiyini bilmir...

9-06-2021, 11:41 57 dəfə baxılıb

Ermənistan Zəngəzuru VERMƏYƏ HAZIRDIR? - Düşmən ölkə nə istədiyini bilmir...


Ermənistan iddia ortaya atıb ki, sərhəd bölgüsündə Azərbaycan Sovet İttifaqının dağılmasınadək olan xəritələrə istinad edə bilməz. Çünki Azərbaycan Müstəqillik Aktında özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edib. Ermənilər düşünürlər ki, bununla özlərini sərhədlərin müəyyənləşməsində haqlı çıxara bilərlər.

Ancaq ADR dövründəki xəritələr ortalığa gəlsə, Ermənistandan əsər-əlamət qalmaz. Bu məntiqsiz ideya ilə niyə çıxış etdikləri aydın deyil. Digər tərəfdən, Azərbaycan nə etməliydi, Müstəqillik Aktında özünü Azərbaycan SSRİ-nin varisi göstərməliydi? Ona görə İrəvanın bu iddianı niyə ortaya atması maraq doğurur.

Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirovun “Yeni Müsavat”a bildirdiyinə görə, son zamanlar ermənilər tərəfinən sərhədlərlə bağlı müxtəlif absurd fikirlər səslənməkdədir. Onun fikrincə, Ermənistanın Azərbaycana və Türkiyəyə qarşı məntiqə və tarixi fakta sığmayan iddiaları həmişə olub. «Bu da ermənilərin növbəti spekulyasiyasıdır. İndi də Xalq Cümhuriyyəti dövrünün xəritələrinə uyğun delimitasiya işlərinin həyata keçirilməsini təklif edirlər. Amma bu istəkləri heç də onların maraqlarına uyğun gəlmir. Tarix boyu böyük güclər Azərbaycanın torpaqlarını kiçildib, elə həmin ərazilərdə ermənilər özünə dövlət qurublar. 1918-1920-ci illərdə Şərqin parlamentli ilk demokratik respublikasının əraziləri indikindən xeyli böyük olub. Hazırda Ermənitana aid bir sıra ərazilər, eləcə də Zəngəzur mahalı ADR-in sərhədləri çərçivəsində olub. Ermənistanın paytaxtı olan İrəvan Azərbaycanın qədim şəhəridir. Sadəcə, müxtəlif subyektiv səbəblərdən Ermənistana güzəştə gedilib", - deyə politoloq qeyd etdi.

X.Bəşirov hesab edir ki, ermənilər yenə problemin həllində qeyri-konstruktiv mövqe sərgiləməkdə davam edir: “Əgər o dövrün sənədlərinə qayıtsaq, Azərbaycanın 114 min kvadratmetr ərazisi olub, indi isə 86.6 min kvadratmetrdir. Sadəcə, Ermənistan indi delimitasiya və demarkasiya işlərinin uzanmasına, məsələnin çözülməməsi üçün vaxt qazanmağa çalışır. Bütün bunlar havaya üfürülən, qeyri-rəsmi bəyanatlardan ibarətdir. Onlar Cümhuriyyətin xəritələri əsasında delimitasiya işini həyata keçirmək istəyirsə, onda rəsmi İrəvanın konkret mövqeyi olmalıdır. Bu da mənafeyimizə uyğun gələcək. O halda 10 noyabr sənədinə, Zəngəzur dəhlizinin açılmasına ehtiyac qalmayacaq. Çünki həmin ərazilər Naxçıvanla Azərbaycanın əsas hissəsini birləşdirəcək”.

Cümhuriyyət dövrünün, Rəsulzadə irsinin araşdırıcısı, tarixçi-alim Nəsiman Yaqublu “Yeni Müsavat”a qeyd etdi ki, o halda ermənilər heç Zəngəzurun adını çəkməməlidir. Onun sözlərinə görə, Cümhuriyyət dövründə Azərbaycanın dünyaya tanıdılması üçün xəritə veriləndə Zəngəzur bizim ərazi idi: “O sərhədlərlə ölçülsə, 114 min kvadratmetr sərhəd ortaya çıxır. Çünki həmin yerlər o dövrdə erməni ərazisi sayılmayıb. Bu, sadəcə, indi cığallıqdır, məsələni uzatmaqdır”. N.Yaqublunun fikrincə, Cümhuriyyət sənədləri ermənilərə fayda gətirmir: “Onlar bir az da geri çəkilməli olacaq və İrəvandan kənara çıxa bilməyəcəklər. Çünki o ərazilər ermənilərə çar Rusiyası tərəfindən hədiyyə edilib. Sadəcə, Ermənistan indi sərhədlərin müəyyənləşdirilməsi işini diqqətdən yayındırmaq cəhdi göstərir”.

Qeyd edək ki, delimitasiya prosesi sərhədlərin müəyyən edilməsi, demarkasiya prosesi isə sərhədlərin nişanlanması, konkretləşdirilməsidir. Yəni sərhədlərin işarələrlə nişanlanmasıdır ki, bu nişanlar kimin hansı əraziyə sahib olduğunu müəyyənləşdirir. Delimitasiya prosesində konkretlik olmasa da, demarkasiya bütün sualları cavablandırır. Azərbaycanla Ermənistan arasında demarkasiya prosesi baş verməyib. Bu gün Azərbaycan əsgərinin atdığı addımlar SSRİ dövrünün xəritələrinə uyğun olaraq delimitasiya edilmiş əraziyə qanuni olaraq sahib çıxmaqdır. Ora məhz Sovet İttifaqının dövründə delimitasiya edilib, demarkasiya edilməyib. SSRİ dağıldıqdan sonra Ermənistanla Azərbaycan arasında münasibətlər olmadığına görə iki ölkə arasında sərhəd məsələsi heç vaxt müzakirə olunmayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi