xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:21 – Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 
  • 12:25 – İlham Əliyev Şimali Makedoniya Prezidenti ilə görüşüb 

Daşkəsən rayon Zağalı kənd inzibati ərazi dairəsi üzrə sabiq nümayəndə Hətəm Əzizovun barəsində olan cinayət işi məhkəmədə baxılır

31-03-2021, 21:44 94 dəfə baxılıb

Daşkəsən rayon Zağalı kənd inzibati ərazi dairəsi üzrə sabiq nümayəndə Hətəm Əzizovun barəsində olan cinayət işi məhkəmədə baxılır


Daşkəsən rayon Prokurorluğu tərəfindən Daşkəsən rayon Zağalı kənd inzibati ərazi dairəsi üzrə sabiq nümayəndə Əzizov Hətəm Musa oğlu barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.1., 313 və 179.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin istintaqı yekunlaşdırılaraq Azərbaycan Respublikası Baş Prokurorluğunun nəzarəti ilə baxılması üçün Daşkəsən rayon Məhkəməsinə göndərilmişdir.

31 mart 2021-ci il tarixdə məhkəmənin hazırlıq iclası keçirilmişdir. Növbəti məhkəmə prosesi 14 aprel 2021-il tarixdə keçiriləcəkdir.

Məlumat üçün qeyd edirik ki, cinayət əməllərinə görə təqsirləndirilən Hətəm Əzizov 11.08.2000-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 168-ci maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək məhkəmənin hökmü ilə 2 il altı ay azadlıqdan məhrum edilmişdir. Hətəm Əzizov cəzasını həbsxanada çəkdikdən sonra o, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüquqlarından məhrum olunsa da, lakin bunu əmək kitabçasında və tərcümeyi-halında saxtalaşdıraraq təqdim etdiyi saxta arayışlar əsasında məhkumluğunu gizlətmiş, cinayət əməllərini təkrar davam etdirmişdir.

Hətəm Əzizov həmçinin saxta arayışlar əsasında Daşkəsən rayonunun yay-otlaq sahələrinə külli miqdarda mal-qara gətirmiş, Xoşbulaq kəndində örüş-otlaq sahələrini zəbt etməklə vətəndaşlara ziyan vurmuş, nəticədə kənd sakinləri arasında narazılıq və qarşıdurma yaratmışdır. Belə qanunazidd, cinayət əməlləri ilə bağlı Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasının tapşırığı ilə Respublika Baş Prokurorluğunun nəzarəti altında Hətəm Əzizovun barəsində cinayət işi başlanaraq istintaq aparılmışdır. Çoxsaylı cinayət əməllərinə görə təqsirləndirilən Hətəm Əzizovun barəsində cinayət faktları zərər çəkən ayrı-ayrı şəxslərin və şahidlərin ifadələri ilə, habelə digər təsdiqedici materiallar ilə Daşkəsən rayon Prokurorluğunda tam sübut olunmuşdur. Hazırda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.1., 313 və 179.2.3. maddələri ilə törədilmiş cinayət işinə hüquqi qiymət verilməsi üçün vəzifəsindən sui-istifadə etmiş, fırıldaqçı və dələduz Hətəm Əzizovun cinayət məsuliyyətinə cəlb olunması üçün məhkəmə prosesi davam edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi